
İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın gənc sol cinah müdafiəçisi Alehandro Baldeni heyətinə cəlb etməkdə maraqlıdır.
Fanat.Az ESPN nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" futbolçunu satın alma opsiyası ilə bir mövsümlük icarəyə götürməyə üstünlük verirlər.
Kataloniya təmsilçisi gənc müdafiəçisini 26-34 milyon funt-sterlinq arasında dəyərləndirir və mançesterlilərin bu marağından xəbərdardır.
Bununla belə, "Old Trafford"dakı mənbələr bu transferin baş tutma ehtimalını hələlik aşağı qiymətləndirirlər.