
İtaliyanın "Milan" klubu "Mançester Siti"nin mərkəz müdafiəçisi Ruben Diaşı transfer etmək üçün gözlənilməz namizədə çevrilib.
Fanat.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, transfer pəncərəsinin bağlanmasına az qalmış "rossonerilər" müdafiə xəttini gücləndirmək üçün portuqaliyalı ulduzu əsas hədəf seçiblər.
İtaliya nəhəngi təcrübəli müdafiəçini heyətinə qatmaqla çempionluq yarışındakı şanslarını artırmaq niyyətindədir.
"Mançester Siti"nin bu gözlənilməz marağa necə cavab verəcəyi və futbolçunu buraxıb-buraxmayacağı hələlik dəqiq deyil.