
İkinci Liqada yeni mövsümə hazırlıqları davam etdirən "Şirvan" yeni transfer reallaşdırıb.
Bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramovun Fanat.Az-a verdiyi məlumata görə, gənc hücumçu İbrahim İbrahimli heyətə cəlb olunub.
21 yaşlı futbolçunun son klubu "Quba" olub. Şimallıların "10 nömrə"si "Neftçi" Futbol Akademiyasının yetirməsidir. O, 9 yaşından 17 yaşına qədər paytaxt təmsilçisinin müxtəlif yaş qruplarında çıxış edib, daha sonra 2 il "Qarabağ"ın U-19 və əvəzedici komandalarında əsas heyət üzvü olub.
İbrahim İbrahimli Azərbaycanın U-17 və U-19 millilərində (2004 və 2005) də çıxış edib.
Qeyd edək ki, "Şirvan" 2-ci Liqada debüt etdiyi ötən mövsümü 4-cü yerdə başa vurub. Bölgə təmsilçisi 2026/27 mövsümündə mükafatçı yerlərdən birini tutmağı hədəfləyir. Klub yay dönəmində heyətini Amil Yunanov, Bəxtiyar Soltanov, Aqşin Paşayev, Kamran Qürbətov, Əmrah Bulud, Mehman Nəsirov, Qədir Həsənov, Nurlan İsayev və Novruz Rəhimov kimi futbolçularla güclənib.
Mirağa