
“Lester Siti”nin baş məşqçisi Rassel Martin komandanın kapitanı Hamza Çoudrinin “Derbi Kaunti”yə transfer olunacağını rəsmən təsdiqləyib.
Fanat.Az xəbər verir ki, Banqladeş əsilli ingiltərəli yarımmüdafiəçi bir müddət əvvəl Azərbaycan çempionu “Sabah”ın da transfer gündəmində yer alıb.
Tərəflər arasında aparılan danışıqlara baxmayaraq, keçid baş tutmayıb və Çoudri karyerasını İngiltərədə davam etdirmək qərarına gəlib.
”Lester Siti” ilə müqaviləsinin son ilinə daxil olan Hamzanın “Derbi Kaunti”yə transferi təxminən 2 milyon funt-sterlinqə başa gələcək.
Kamil Xudiyev