
UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, ölkəmizi sözügedən turnirdə təmsil edən “Qarabağ” da bu gün həlledici sınağına çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda raundun cavab görüşündə Bakıda “Tvente”ni qonaq edib. Son dəqiqələrdə vurduğu qolla oyunu uzatmalara aparan niderlandlılar burada da 2 qol vuraraq adını Konfrans Liqasının liqa mərhələsinə yazdırmağı bacarıb.
Matçı Rohit Saqqinin başçılıq etdiyi norveçli hakimlər idarə edib.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust
Qarabağ – Tvente (Niderland) 1:4
Qollar: Kadi Borges, 59. - Marko Pyatsa 79. Maks Bruns, 90+2. Vaut Veqhorst, 94. Younes Taha, 114.
Qırmızı vərəqə: Marko Yankoviç, 106.
Hakimlər: Rohit Saqqi, Anders Olav Dale, Ole Andreas Haukasen, Marius Hansen Qrotta (hamısı Norveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
(İlk oyun - 1:0)
"Qarabağ": 23. Martin Zlomisiçliç, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo, 49. Əli Bəşirov.
"Tvente": 1 Lars Unnerştall, 38 Bruns, 43 Nistad, 3 Robin Pröpper (k), 28 Bart van Roy, 6 Ramiz Zeruki, 42 Veydmann, 27 Öryaseter, 11 Daan Rots, 19 Taha, 9 Vaut Veqhorst.
Ehtiyat oyunçular:16 Drommel, 22 Pasyer, 4 Kjölo, 7 Pyatsa, 12 Qilherme Peyşoto, 17 Torvaldsen, 20 Van den Belt, 24 Kurowski, 25 Venneqor of Hesselink, 26 Nagel, 29 Adelqard, 39 Meilink.