
Ötən gün avrokuboklarda keçirilən pley-off mərhələsinin cavab oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
Konfrans Liqasında Liqa mərhələsinin bir addımlığında olan "köhlənlər" əliboş qalaraq mübarizəni dayandırıblar. Ağdam klubu Bakıda "Tvente"yə uduzub (1:4).
Nəticədə cari mövsümdə qazanılan əmsal 5.125-də qalıb. Bunun 3.000 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 23.687-yə bərabərdir. Qitə sıralamasında 25-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 əmsalı var. Bir pillə öndə - 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23,875-ə bərabərdir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (102.019) başçılıq edir.
Mirağa