
Türkiyə Super Liqasının 3-cü turu çərçivəsində "Qalatasaray"ın "Göztəpə"ni 3:2 hesabı ilə məğlub etdiyi oyun başlamazdan əvvəl özünü pis hiss edən qapıçı Uğurcan Çakırın yerinə gənc qolkiper Jankat Yılmaz mübarizə aparıb.
Fanat.Az xəbər verir ki, sözügedən oyunçu qarşılaşmanın ardından "beIN SPORTS"a danışıb:
"Güclü rəqiblə qarşılaşdıq. Onlar uzun ötürmələrlə oynayırdılar. Başlanğıcda uyğunlaşma dövrü oldu, çünki bu tərzə alışmamışdıq. Matça tam uyğunlaşdıqdan sonra daha rahat oynadıq. Həmçinin, ikinci topları da qazandıq. Komanda yoldaşlarım ilk rəsmi matçımda mənə motivasiya verdilər və dəstək oldular. Əlimdən gələni etməyə çalışdım. Azarkeşlərimizə və komandama təşəkkür edirəm. 3 xal vacib idi. Hər zaman hazır olmalıyam. Bu gün belə bir fürsət yarandı. Bunun belə baş verməsini istəməzdim. Dediyim kimi, kollektiv mənə çox kömək oldu. Əlimdən gələni etdim. Səhvlərimizi təhlil edəcəyik və onlardan dərs çıxaracağıq."
Əlisahib İbrahimli