
Xulian Alvares bir neçə məşqdən kənarda qaldıqdan sonra “Atletiko Madrid”in düşərgəsinə qayıdıb.
Fanat.Az xəbər verir ki, klubun yaydığı rəsmi məlumata görə, argentinalı hücumçu xəstəliyi səbəbindən çərşənbə, cümə axşamı və cümə günlərində kollektiv çalışmalarda iştirak etməyib.
O, həmçinin “Sevilya” ilə matçdan əvvəl baş tutan son hazırlıq prosesini də buraxıb.
Bu səbəbdən Alvares şənbə günü keçirilən və Madrid klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşan görüşün heyətində yer almayıb.
26 yaşlı forvard cümə günü fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşq keçib.
Qeyd edək ki, Alvaresin “Atletiko Madrid”dəki gələcəyi hələ də sual altındadır. Cənubi amerikalı daha əvvəl “Barselona”ya keçmək arzusunda olduğunu açıqlayıb.
Əlisahib İbrahimli