
"Qalatasaray" "Əl-Hilal" forması geyinən Yusuf Akçiçeyi heyətinə qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli insayder Yağız Sabuncuoğlu yayıb.
Məlumata görə, "sarı-qırmızılar" həm oyunçu, həm də klub ilə anlaşıb.
Səudiyyə Ərəbistanı komandası Yusufun yerinə müdafiəçi ala bilsə, bu transfer müsbət yekunlaşacaq, əks-halda ləğv ediləcək. "Cim-bom" və Akçiçek "Əl-Hilal"ı gözləyir.
Türkiyəli müdafiəçi ötən mövsüm "göylər"in heyətində 22 matça çıxıb və 1 qol vurub.
Yusuf 2023-cü ildə "Fənərbağça"da da çıxış edib.
Əlisahib İbrahimli