
Misli Premyer Liqasında 3-cü tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun son günündə iki matç baş tutacaq.
Əvvəlcə "Araz-Naxçıvan" Qəbələdə "Sabah"ı qəbul edəcək. Ötən turdakı oyunu təxirə salınan, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqdan sonra diqqətini yenidən Premyer Liqaya yönəldən "bayquşlar" səfərdən maksimum nəticə ilə dönməyə çalışacaq.
Tura Sumqayıtda yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçisi "Qarabağ"ı qonaq edəcək. Həftəiçi avrokuboklarla vidalaşan "köhlənlər" daxili çempionata səfərbər olunub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) üstələyib, "Qəbələ" "Şamaxı" ilə heç-heçəyə (0:0) razılaşıb.
Misli Premyer Liqası
3-cü tur
31 avqust
“Araz-Naxçıvan” – “Sabah” 0:1 (ikinci hissə)
Qol: Orfe Mbina, 49
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Qəbələ. Şəhər stadionu.
“Araz-Naxçıvan”: 1. Artur Auqusto 7. Rövlan Muradov 26. Ömər Buludov 29. Ceyhun Nuriyev 8. Mustafa Əhmədzadə 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 5. Luka Dumançiç 19. Abdallah Sudi
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 9. Ağadadaş Salyanskiy 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 36. Mamadu Kane 12. Bruno Franko 10. Şarl Boli 23. Alberto Fernandes
“Sabah” 92. Stas Pokatilov (k) 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 6. Abdulax Xaybulaev 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 99. Patrik Mbina 4. Eyden Makkarti 8. Kristian Nvaçukvu
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov 5. Rəhman Daşdəmirov 16. Rauf Rüstəmli 95. Şahin İbrahimov 20. Coy Lens Mikels 21. Velko Simiç 33. Junior Almeyda 88. Rodriqo Fernandeş 7. Umarali Raxmonaliyev 23. Yunes Laşaab 35. Cafet Bulus
20:15. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt. “SOCAR Polymer Arena”.