
"Mançester Siti" Braziliyanın "Palmeyras" komandasının vingeri Allan Eliası heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
İnformasiya "şəhərlilər"in rəsmi saytında yer alıb.
Qeyd edək ki, Allan "Palmeyras"dan "Mançester Siti"yə keçən növbəti futbolçudur. Qabriel Jezus və Vitor Reys də Braziliyadan alınmışdı.

Əlisahib İbrahimli