
Yayda Premyer Liqanın debütantı "Şəfa" ilə vidalaşan yarımmüdafiəçi Aqil Nəsibovun yeni klubu bəllidir.
Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"a keçib.
Halbuki, orta xətt oyunçusu iyulda "Karvan-Yevlax"la anlaşmışdı. Yevlax təmsilçisinin baş məşqçisi Ramiz Məmmədovun istəyi ilə heyətə qatılan Nəsibovla 1 illik müqavilə razılaşdırılmışdı. Ancaq elitada "Karvan-Yevlax"ın "sükanı arxası"nda olan və bu yay aran təmsilçisini "Şahdağ Qusar"a dəyişən Füzuli Məmmədov sözügedən futbolçunu sabiq klubundan ayırmağı bacarıb.
"Şahdağ Qusar" Aqil Nəsibovla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.