12:20 04.09.2026 120

Son anda klubunu dəyişən və ilk matçda qırmızı vərəqə alan qapıçı: "Əsas odur, bundan dərs çıxaraq"

Yayda karyerasını bitirdiyini elan edən, ancaq sonradan fikrini dəyişib 2-ci Liqa təmsilçisi "Marafon"la anlaşan azərbaycanlı qapıçı Şahin Zəkiyev çempionatın ilk turunda yenidən diqqət mərkəzinə düşdü. O, bu dəfə liqanın digər iştirakçısı "Zəngəzur"un heyətində göründü. 27 yaşlı qolkiper "Ağstafa Gəncləri" ilə (3:4) matçda "çərçivə"ni qorudu, üstəlik, 31-ci dəqiqədə qırmızı vərəqə almaqla tadda qaldı.

Fanat.Az təcrübəli qolkiperlə əlaqə saxlayıb həm komanda dəyişikliyi, həm də meydandan qovulmasına münasibət öyrənib.

Zəkiyev "Marafon"u "Zəngəzur"a dəyişməsini belə izah edib:

"Bəli, "Marafon" klubu ilə anlaşmam olmuşdu. Orada baş məşqçi Ceyhun Cavadov idi. Ceyhun müəllimlə əvvəllər də bir yerdə çalışmışıq. Təxminən bir il "Səbail"də birlikdə işlədik. Sonra "Xankəndi"ndə onunla çalışmaq imkanım oldu. Məni komandaya gətirən də Ceyhun müəllim olmuşdu. Şükür Allaha, "Xankəndi"də çempionluq yaşadıq. Xüsusi vurğulamaq istəyirəm ki, həmin çempionluqda Ceyhun Cavadovun çox böyük rolu oldu. Onun taktiki dəyişiklikləri, oyunlara yanaşması və komandaya verdiyi töhfələr çox böyük idi. Daha sonra Ceyhun müəllim "Marafon"la anlaşdı və mənimlə də danışdı. Ona dedim “Sən haradasansa, mən də oradayam”. "Marafon"da onunla birlikde çalışmağa razı idim və başqa təkliflərə belə baxmadım. Sadəcə, həmin vaxt mən paralel olaraq "Neftçi" klubunda da çalışdığım üçün müəyyən problem yarandı. Konkret, "Neftçi"dəki məşqlər ilə əlaqədar "Marafon"un hazırlığında tam olaraq qatıla bilmirdim. Bu məsələ ilə bağlı Ceyhun müəllimlə açıq şəkildə danışdıq. O da sağ olsun, vəziyyətimi çox yaxşı başa düşdü. Dedi ki, dostluğumuz, münasibətimiz ayrıdır, amma ən önəmlisi sənin karyerandır. 
Beləliklə, qarşılıqlı şəkildə razılığa gəldik, halallaşdıq və ayrıldıq. Daha sonra "Zəngəzur"un rəhbərliyi ilə danışığımız oldu. Təklif gəldi, şərtlərdə razılaşdıq və müqavilə bağladım. Əsas məsələ vaxt baxımından məşqlərdə tam iştirak edə bilmək idi ki, "Zəngəzur"da bu baxımdan heç bir problem yaşamadım. Fürsətdən istifadə edib Ceyhun müəllimə və komandasına uğur arzulayıram. İnanıram ki, o, gələcəkdə daha böyük klublarda və daha yüksək səviyyələrdə özünü göstərəcək və adından söz etdirəcək".

Təcrübəli qapıçı "Zəngəzur"un heyətində ilk turda qırmızı vərəqə aldığı epizodu belə şərh edib:

"Həmin epizodda komanda yoldaşım topu müdafiədən sol cinaha çıxarmaq istəyərkən rəqib hücumçu onu ələ keçirdi. Bundan sonra hücumçu mənimlə təkbətək çıxdı. Mən də ani reflekslə riskə getdim və rəqibin qarşısını almağa çalışdım. Oyunçu sürətli şəkildə məni keçmək istədi, həmin anda qaydaya zidd olaraq topa əllə toxundum. Nəticədə qırmızı vərəq aldım. 
Əlbəttə, heç bir qapıçı komandasını azlıqda qoymaq istəməz. Mən də bunu arzulamazdım. Amma bu, futbolun içində olan epizoddur. Rəhbərlik də anlayışla qarşıladı. Daha diqqətli olmağa çalışacağam ki, gələcəkdə bu tip hallar baş verməsin. Əsas odur bundan dərs çıxaraq. 
Bir oyunluq cəza almışam. İnanmıram ki, yoxluğum "çərçivə"də problem yaratsın. Ümumiyyətlə, "Zəngəzur"da qapıçı mövqeyində rəqabət çox güclü və sağlamdır. Məndən əlavə Həsən Həsənli və Əmrah Məmmədli kimi iki qapıçımız da var. Əmrəh ötən mövsüm "Mingəçevir"də çıxış edib və Birinci Liqada ikinci yeri tutub. Həsən Həsənli isə "Zəngəzur"la Region Liqasında çempionluq yaşayıb. Mən də də "Xankəndi" ilə İkinci Liqada çempion olmuşam. 
Aramızda heç bir problem yoxdur. Əksinə, çox yaxşı münasibətimiz var, bir-birimizə dəstək oluruq. Əl-ələ verib "Zəngəzur" üçün mümkün olan ən yaxşı nəticəni əldə etmək istəyirik. Məncə, ən vacib məsələ də budur — şəxsi maraqlardan çox komandanın uğurunu düşünmək". 

Qeyd edək ki, Şahin Zəkiyev karyerası ərzində "Xankəndi"dən başqa “Keşlə”, “Səbail”, “Araz Naxçıvan”, “Baku Sportinq” və Polşanın “Sokol Slopnice” klublarında da çıxış edib.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

04 Sentyabr 2026
12:49

Maudo Jarjue: "Neftçi" ilə oyunda qələbə qazanmağa hazırıq"

12:20

Son anda klubunu dəyişən və ilk matçda qırmızı vərəqə alan qapıçı: "Əsas odur, bundan dərs çıxaraq"

11:45

"Xankəndi" yeni transferinin adını açıqladı

11:26

Azərbaycan millisi baş məşqçisiz qaldı

11:08

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

Braziliyalı ulduz "Fənərbağça"dan rəsmən ayrıldı

10:30

"Sabahın Ulduzları": "Qarabağ" ilk məğlubiyyətini aldı, zirvədən endi - Fotolar/Nəticələr

10:09

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

09:48

1-ci Liqa: "Gəncəbasar"ın Şamaxı sınağı, "Mingəçevir" "Zaqatala"nı qəbul edir

09:25

Dünya çempionu milli karyerasını başa vurdu

09:00

MPL: "İmişli" baş məşqçisiz "Qəbələ"yə qarşı, "Kəpəz" "Şamaxı"nı sınağa çəkir

02:21

"Sabah" "Liverpul"da oynamış ulduzu transfer edəcək? - Meneceri danışdı

01:47

La Liqa: "Real Sosyedad" - "Selta" matçında qolsuz sülh

01:35

Liqa 1: "Lill" səfərdən 3 xalla qayıdır

01:22

Azərbaycanlı futbolçunun klubu Kipr Superkubokunun qalibi oldu

00:57

İngiltərə nəhəngi "Qalatasaray"ın ulduzuna elçi düşdü, amma...

00:06

Toral Bayramovlu "Bursaspor" darmadağına sevindi

03 Sentyabr 2026
23:49

"Qalatasaray" Kamavinqadan əl çəkmir

22:36

"Sabah" Böyük Britaniya təmsilçisinə məğlub olub

22:14

"Qalatasaray" Gedson Fernandes üçün danışıqlara başladı

21:44

Komandası yenə məğlub oldu, Mahir isə...

21:12

AFFA İntizam Komitəsi "Kəpəz"i cərimələdi

20:56

"Reyncers" "Beşiktaş"ın təklifini rədd etdi

20:23

Talisson Moreyra Reys "Zirə"də - RƏSMİ

19:37

Azərbaycan millisinin oyunlarının tarixi müəyyənləşib

19:14

Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokuna hazırlıq məsələləri müzakirə olunub

18:58

I Liqa: "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"a 1 qol bəs etdi

18:01

"Zirə" 25 yaşlı vingerlə gücləndi - RƏSMİ

17:43

Kadinin cəzası açıqlandı

17:25

Autsayder "boz qurdlar"la oyuna neçə itki ilə hazırlaşır? - AÇIQLAMA

17:06

"Neftçi"nin, xüsusilə öz meydanında güclü komanda olduğunu bilirik" - "Şəfa"nın kanadalı legioneri

16:48

"Zəngəzur"un uduzması sensasiyadır" - Qəzənfər Abbasov

16:29

PFL və "Johan Cruyff Institute" arasında əməkdaşlığa başlanıldı

16:11

Cənubi azərbaycanlı baş məşqçidən iddialı açıqlama: "Hədəf 2-ci Liqanın çempionu olmaqdır"

15:53

Azərbaycanda bu federasiya fəaliyyətini dayandırdı

15:35

"Mingəçevirə qələbə dalınca gedirik" - "Zaqatala"nın kapitanı

15:17

İPL: Ayın ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

14:59

Ceko karyerası ilə bağlı şok qərar verdi

14:40

Lautaro: "Barselona" məni istəyirdi"

14:21

Nazim Sadıxov braziliyalı ilə üz-üzə gələcək

Facebookdan bizi izləməyi unutmayın.
X