
Azərbaycanı Çempionlar Liqasının Liqa mərhələsində təmsil edəcək "Sabah" ilk oyununu "Mançester Yunayted"ə qarşı keçirəcək. İngiltərə nəhəngi ilə tarixi matç səfərdə baş tutacaq. "Bayquşlar"ın "qırmızı şeytanlar"la görüş üçün səfər planları müəyyənləşib.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib.
Təmsilçimiz Mançesterə sentyabrın 8-də, çarter reysi ilə yollanacaq. "Sabah"ın oyunöncəsi açıq məşqi sentyabrın 9-da, İngiltərə vaxtı ilə saat 20:00-da "Old Trafford"da olacaq. Mətbuat konfransı isə həmin gün saat 19:30-da əfsanəvi məkanda olacaq.
Xatırladaq ki, Liqa mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Mançester Yunayted" - "Sabah" oyunu 10 sentyabrda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Mirağa