
“Sabahın Ulduzları" Bakı Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, U-14 yaş qrupunda 9-cu tur start götürüb.
Turun ilk günündə 3 matç baş tutub. "Xan" "Sumqayıt" üzərində inamlı qələbə qazanıb. "Ulduz" EFA-nı peydana çıxmağına peşman edib. Nəhayət, 5 qolun vurulduğu “Zirə” – “Azərbaycan Qartalları” qarşılaşmasında ikincilər 3 xala sevinən tərəf olublar.
Sabahın Ulduzları
U-14, 9-cu tur
4 sentyabr
“Xan” – “Sumqayıt” 3:1
Qollar: Nasim Məmmədov, 3. Ayxan Şirinzadə, 11. Yusif Niftəliyev, 39 - Bilal Niftəliyev, 22.
EFA – “Ulduz” 0:8
Qollar: Uğur Hüseynli, 16, 44. Hünər Səmədli, 20, 47. Said Statema, 34. Zülfüqar Allahverdiyev, 35. Raul Həsənov, 68. Ənvər Ağayev, 74.
“Zirə” – “Azərbaycan Qartalları” 2:3
Qollar: Rafiq Əliyev, 18. İbrahim Hüseynzadə, 55 - Emir Əmirxanov, 3, 48,79.
Sentyabrın 5-də keçiriləcək oyunlar:
U-14, 9-cu tur
“Vətən” – “Neftçi”
“Sabah” - “Qəbələ”
“Dostluq” – “Qarabağ”