16:05 11.09.2026 136

"Sabah"ın sabahına yatırımı nəyə xidmət edəcək? - "10 milyonu bir gündə xərcləyərsən, amma..."

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Cəmi 9 yaşının olmasına (sentyabrın 8-də yaradılmasının növbəti ildönümünü qeyd etdi) baxmayaraq, istər Azərbaycanın daxili yarışlarında, istərsə də beynəlxalq arenada uğurları ilə seçilən və xeyli inkişaf edən “Sabah” ötən həftə növbəti qərarı ilə diqqəti üzərinə çəkdi. Paytaxt klubu ölkə futbolunun gələcəyinə hesablanmış strateji addımla gündəmə gəldi.

“Sabah” uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq yeni proqram yaratmağa qərar verdiyini ictimaiyyətə bəyan etdi. Klub UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı (27 avqust 2026-cı il tarixli Sərəncam) 5 milyon manat maliyyə dəstəyinə əlavə olaraq öz hesabından daha 5 milyon ayırdı və bu ilkin kapitalı “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” proqramına yönəltdiyini açıqladı.



Bütövlükdə uşaq futbolunun inkişafına sərf ediləcək məbləğ artan olacaq. Proqram çərçivəsində futbol infrastrukturunun inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və peşəkar hazırlığı, müasir məşq metodlarının tətbiqi, idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf proqramlarının gücləndirilməsi planlaşdırılır. “Sabah” uzunmüddətli perspektivdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirməyi, akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi planlaşdırır...

Azərbaycan millisinin və "Sabah"ın sabiq baş məşqçisi Arif Əsədov Fanat.Az-a açıqlamasında klubun layihəsini dəyərləndirib. Onun müsahibəsini təqdim edirik:

- "Sabah"ın uşaq futbolunun inkişafı ilə bağlı yaratdığı yeni layihənin mahiyyəti barədə fikirləriniz maraqlıdır. 
- "Sabah"ın yaşı az olsa da, klub olaraq çox böyük işlər görür. Uşaq futboluna xüsusilə çox diqqət yetirilir. Eyni zamanda, "A" komandasına verilən önəm göz önündədir. Klub məqsədli şəkildə irəli getməyi düşünür. "Sabah"ın qazandığı uğurlar onların düzgün yolda olduğunu göstərir. 
Yeni layihəyə gəlincə, alqışlanası addımdır və bu, klub strategiyasının məqsədyönlü davamıdır. Görünən odur ki, "Sabah" aşağı yaşlılarla da ciddi uğurlar əldə etmək istəyir. Ancaq Prezidentin ayırdığı pulun üzərinə bir o qədər də əlavə məbləğ qoyaraq bütün vəsaiti uşaq futboluna yönəltmək təkcə "Sabah"a yox, ölkə futbolunun gələcəyinə edilən yatırımdır. Çünki klubun uşaq futbolunun bugünü Azərbaycan millisinin gələcəyi deməkdir. “Sabah Football Academy Future Talents” proqramına ayrılan kapital ölkədə gənc istedadların yetişdirilməsi, infrastrukturun müasirləşdirilməsi və akademiyanın beynəlxalq standartlara uyğunlaşdırılması üçün geniş imkanlar yaradacaq.



- Azərbaycanda əvvəllər "Bakı" və "Qəbələ" klublarının yaxşı akademiyaları olub. "Sabah"ın layihəsi onlardan yeni nə ilə fərqlənəcək?
- "Bakı" və "Qəbələ"nin də vaxtilə qurduğu akademiya sisteminin sonradan Azərbaycan futboluna çox büyük faydası oldu. Neçə-neçə futbolçu nəsli orada yetişdi. "Qəbələ" turnirlərə çox üstünlük verirdi. Çoxlu yarışlara gedirdilər ki, uşaqlar inkişaf etsinlər. Amma təəssüflər olsun ki, onun davamını gətirə bilmədilər. "Bakı" isə ümumiyyətlə dağıldı. Həm bazaları, həm akademiyaları bura aiddir. "Qəbələ"nin indiki durumuna baxsaq, düzdür, infrastruktur mövcuddur, amma o keyfiyyət artıq qalmayıb. Daha çox əsas komandanı düşünürlər. "Sabah"ın fərqi ondan ibarətdir ki, strateji baxımdan daha böyük işlər görmək, dayanıqlı təminat yaratmaq istəyir. Sabit sərmayə də ona sübutdur ki, yaxın illərə yox, gələcəyə yatırım edirlər.

- Gələcək dedikdə, neçə ildən sonra bu yatırımın faydasını hiss edə bilərik?
- Futbolda addımlarını yeni atan uşağın peşəkar səviyyəyə çatması üçün neçə illər tələb olunursa, o qədər aradan sonra. Demək istəyirəm ki, 10 milyonu bir gündə xərcləyərsən, amma davamlı inkişaf üçün işləri dayandırarsansa, vəsait heçə gedəcək. Futbolda dərhal nəticə əldə etmək mümkün deyil. Əksər klublarımız bu səhvləri edirlər. Bizdə ya bünövrə düzgün qoyulmadığı üçün sonluq alınmır, ya da bünövrəni qoyub keçid dövrünü ardıcıl təşkil etmədikdə. Nə qədər istedadlı uşaq 19 yaşdan sonra yoxa çıxır. Yaxud hələ erkən yaşda təhsilə öncəlik verilməsi futbolu ikinci plana atır. Akademiya uşaq və yeniyetmələrin bu kimi problemlərini yoluna qoymaq üçündür... "Sabah"da qoyulan bu sərmayə ilə düzgün və davamlı iş qurularsa, biz minimum 5, ya da 10 ilə yaxşı nəticə görə bilərik.

-   Digər klublar da belə fond yaradıb sırf uşaq futboluna töhfə verə bilərmi?
- Məncə, hər klub uşaq futboluna belə yatırım edə bilər. İndi futbol federasiyası tərəfindən də klublara uşaq futboluna xərclənsin deyə, yardım edir. Yaxşı olardı ki, əlavə sponsorlar da bu məbləğin üstünə əlavə pul qoysun. Hər klub futbolçuların, məşqçilərin yetişməsi üçün onları müxtəlif maarifləndirmə proqramlarına, xarici ölkələrə seminarlara, turnirlərə göndərsin və bu proses sistem halında qurulsun. Klublarda bu cür şərait olsa və müxtəlif yaş qruplarından ən azı 2-3 oyunçu müvafiq yığmalardan keçərək "A" milliyə yetişsə, görün nə qədər futbolçu qazana bilərik. Sonda indiki oyunçu qıtlığının qarşısı alınar. 

-  Sizcə, bu məbləği uşaq futbolunda hansı istiqamətlərə yönəltmək daha məqsədəuyğun olar? Təklifiniz nədir? Ümumiyyətlə, 10 milyon sırf uşaq futbolu üçün nə qədər ciddi məbləğdir?
- Bildiyimə görə, layihə çərçivəsində futbol infrastrukturunun yaxşılaşdırılması, istedadlı uşaqların üzə çıxarılması, hazırlanması, inkişaf etdirilməsi  və sair nəzərdə tutulur. Kompleks işlər üçün xeyli vəsait tələb olunur. Təsadüfi deyil ki, "Sabah” yerli və beynəlxalq şirkətləri də layihəyə qoşulmağa, dəstək verməyə dəvət edib. 
Təbii ki, bu məbləğlə ilk növbədə infrastruktur yaradılmalıdır. Bütün yaş qurpları üzrə komandalara məşq etmək, düzgün vitaminizasiya üçün şərait yaradılmalıdır. Bayaq qeyd etdiyim kimi, inkişaf üçün müxtəlif yarışlarda iştirak etmək, məşqçiləri savadlandırmaq üçün fərqli seminar metodlarından yararlanmaq, kluba yaxşı mütəxəssislər gətirib onlardan yararlanmaq lazımdır. Bu maliyyədən düzgün istifadə edərək gələcəyə, Azərbaycan futboluna çox yaxşı futbolçular yetişdirmək olar. Bizdə həmişə istedadlı futbolçular olub. Yetər ki, uşaq futbolunda kompleks addımlar atılsın.“Sabah” klub olaraq düzgün yoldadır və əminəm ki, atılan addımlar, həyata keçirilən strategiya öz bəhrəsini verəcək.

Mirağa Mirzəyev 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 Sentyabr 2026
16:59

İPL-də avqustun ən yaxşı məşqçisi də bilindi, futbolçusu da

16:58

MPL: "Neftçi" "İmişli"ni inamla yenir - YENİLƏNİR

16:41

"Şəfa"nın 2 futbolçusu "Sabah"a qarşı oynamayacaq

16:23

Sabiq "Qalatasaray"lı Braziliya klubuna keçdi - RƏSMİ

16:05

"Sabah"ın sabahına yatırımı nəyə xidmət edəcək? - "10 milyonu bir gündə xərcləyərsən, amma..."

15:46

Hələ ÇL-də Noyer kimi almaniyalı olmamışdı

15:28

AFFA Bakı İqlim Həftəsi çərçivəsində "Futbolda dayanıqlıq" mövzusunda seminar keçirdi

15:10

"Buxar Sumqayıt" Avropa Kubokundakı rəqiblərini tanıdı

14:52

Azərbaycanın minifutbol klublarının Çempionlar Liqasındakı rəqibləri bilindi

14:34

Qurban Qurbanov bu futbolçuları "Zirə"yə qarşı oynada bilməyəcək

14:12

Paro "Turan Tovuz"a qarşı oynayacaqmı?

13:44

"Karvan-Yevlax" ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşdı

13:26

"Zirə"nin uzun müddətə sıradan çıxanları heyətdə olmasalar da...

13:08

Rakif Əliyev: "Rəqib bu dinamikanın qarşısında belə desək, çatdıra bilmədi"

12:50

"Gəncəbasar"ın baş məşqçisi: "Qapımızda qol görəndən sonra geridönüş etmək asan deyildi"

12:32

Etoo İnfantinonu dəstəklədi: "Ona səs verəcəyəm"

12:13

Xames Rodrigesin yeni klubu bilindi - RƏSMİ

11:48

Millimizin rəqibi bu dəfə heç-heçə ilə kifayətləndi

11:29

Çempionlar Liqasında növbəti mövsümün təqvimi bilindi - Bir gün tez başlayacaq

11:10

Kamandan oxatanlarımız Belarusdan üç medalla dönürlər

10:51

"Sabah"ın sabiq ulduzu baş məşqçisiz qaldı

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

"Sabahın Ulduzları": "Neftçi" "Qarabağ"ı udub liderliyini möhkəmləndirdi, 2 görüşdə "qol yağdı"

09:48

1-ci Liqa: Tura yekun vurulur

09:25

MPL: "Neftçi"nin "İmişli" sınağı

09:00

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

03:07

"Mançester Yunayted" - "Sabah" matçının ən yaxşısı seçildi

02:53

Maykl Karrik "Sabah"la matçdan sonra nə danışdı?

02:35

Valdas Dambrauskas "Mançester Yunayted"ə məğlubiyyəti belə şərh etdi

01:59

Bunu yalnız "Sabah" bacardı: Çempionlar Liqasında ilk

01:08

ÇL: "Fənərbağça" "Roma" ilə heç-heçəyə razılaşdı

00:52

ÇL: "Sabah" Mançesterdən əliboş qayıdır

00:33

"Real" Arda Gülerlə bağlı qərarını verdi: Gedir, ya qalır?

00:03

Azərbaycanda yay transfer pəncərəsi bağlandı

10 Sentyabr 2026
23:41

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:32

"Roma" matçından sonra "Fənərbağça"da şok ayrılıq

23:21

"İmişli" Rafael Vieqaşı heyətinə qatdı

22:52

Qış idman növlərinin inkişafı istiqamətində yeni addım

22:14

Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

21:39

"Zirə" heyətini gücləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X