
Türkiyə futbolunun əfsanəsi Fatih Terim ölkə klublarının Avropadakı çıxışı və “Trabzonspor”un yeni transferi Məhəmməd Salah barədə danışıb.
Fanat.Az xəbər verir ki, informasiyanı T24 yayıb.
Terimin açıqlamaları belə olub:
“Futbol öz təbiətinə görə çoxlu sürprizlərə açıqdır. Belə məsələlərə baxmaqdansa, onlara düzgün hazırlaşmaq daha yaxşıdır. Bu mövsüm Avropa turnirlərində iştirak edən dörd komandamız var. Onların hamısı mərhələ adlamaq, irəliləmək və istənilən rəqibə qarşı qalib gəlmək gücündədir. Daha nə istəyə bilərik? Meyson Qrinvud, Nqolo Kante, Matteo Genduzi, Romelu Lukaku kimi futbolçular var. Digər tərəfdən, Osimhen, Sane kimi oyunçuları görürəm. Burada Məhəmməd Salah da var. Onunla yanaşı, 20-dən çox qol vuran Pol Onuaçu da Qara dəniz təmsilçisindədir. “Beşiktaş”da da böyük futbolçular var. Onlar Duşan Vlahoviçi transfer ediblər. Bütün bu kollektivlərin heyətləri çox güclüdür. Rəqib komandaların məşqçiləri də artıq liqamızdakı futbolçulardan çəkinəcəklər. İndi isə yolumuza davam etməliyik”.
Terimin sözlərinə görə, Salahın “Trabzonspor”a keçidi Türkiyə futbolunun Avropadakı nüfuzunu daha da artırıb.
Əlisahib İbrahimli