
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov hazırda Nyon şəhərindədir.
İnformasiyanı Fanat.Az-a Aslan Kərimovun özü verib:
"Buradakı tədbir UEFA Pro lisenziyasında təhsil alan məşqçilərin təcrübə və bilgi paylaşımı görüşüdür. Tədbirdə Almaniya, İrlandiya (hər iki təmsilçisi buradadır), Kipr, İsrail və Azərbaycan nümayəndələri iştirak edirlər. Həmçinin İngiltərə Premyer Liqasında çalışan bəzi məşqçilər də tədbirdə iştirak edirlər və onlarla fikir mübadiləsi aparırıq. Onunla bağlı bizim burada toplantımız keçirilir. Ayın 18-də geri qayıdacağıq".
Belə görüşlərdə müxtəlif futbol məktəblərinin nümayəndələrinin bir araya gəlməsi məşqçilərin müasir futbolun inkişaf tendensiyaları ilə bağlı fikir və təcrübələrini bölüşməsinə imkan yaradır.
Qeyd edək ki, Aslan Kərimov AFFA-da məşqçilik təhsili şöbəsinin rəhbəridir.
Əlisahib İbrahimli