
Misli Premyer Liqasında 6-cı tur tura start götürür.
Fanat.Az xəbər verir ki, millinin oyunlarına görə yaranacaq fasilə ərəfəsində baş tutacaq tur üç günə sığacaq.
Turun ilk günündə iki oyun keçiriləcək. Açılış matçında "Neftçi" "Qəbələ"nin qonağı olacaq. "Ağ-qaralar" qələbə qazanmaqla, azı bir günlük vahid liderliyi ələ ala bilər. "Qırmızı-qaralar" isə özünü şimali makedoniyalı yeni baş məşqçisi Yeton Bekiriyə göstərmək üçün dəridən-qabıqdan çıxmağa çalışacaq.
Günün digər görüşündə isə "Qarabağ" doğma meydanda "Şəfa"nı qəbul edəcək. Ötən tur "Zirə" ilə oyunda xal itirən Ağdam təmsilçisi bunun acığını debütantdan çıxmaq əzmindədir.
Qeyd edək ki, tur çərçivəsində “Turan Tovuz” – “Zirə”, “Sabah” – “İmişli” görüşləri şənbə, “Şamaxı” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Sumqayıt” qarşılaşmaları isə bazar günü keçiriləcək.
Misli Premyer Liqası
6-cı tur
18 sentyabr
17:30. "Qəbələ" – "Neftçi"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ. Şəhər stadionu.
18:45. "Qarabağ" – "Şəfa"
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
