
Bu gün Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq tədbir saat 13:00-da başlanacaq.
Kubokun cari mövsümündə 34 komanda (Premyer Liqa - 12, 1-ci Liqa - 10, 2-ci Liqa - 12) iştirak edəcək. "İkinci cəbhə"də mübarizəyə 7-8 oktyabrda start veriləcək ki, 1-ci təsnifat mərhələsi yalnız 2-ci Liqa klublarının iştirakı ilə keçiriləcək.
Final oyunu 12 may tarixində Gəncədə baş tutacaq.
Xatırladaq ki, yarışın son qalibi "Sabah"dır. Bakı klubu finalda "Zirə"ni 2:1 hesabı ilə üstələyib.
Mirağa