
Türkiyənin "Trabzonspor" klubunda yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az Qaradəniz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Tomas Rays ilə anlaşıb.

Alman mütəxəssislə iki illik müqavilə imzalanıb.
Tomas Rays əvvəllər "Bohum", "Şalke" və "Samsunspor" ( 2024-25 mövsümündə Türkiyə çempionatında üçüncü yer) komandalarında çalışıb.
"Trabzonspor" hazırda Super Liqada 9-cu yerdədir.