09:00 19.09.2026 172

"Neftçi"də qalmağı həqiqətən çox istəyirdim"- Elvin Camalov

Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ” öz evində “Neftçi” ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, meydan sahibləri 0:3 hesabı ilə məğlub olub.

“Neftçi”dən “Qəbələ”yə yeni transfer olmuş Elvin Camalov Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablayıb:

-İlk olaraq debüt oyununuzla bağlı təəssüratlarınızı, oyunu necə dəyərləndirdiyinizi bilmək istərdik.

-Əlbəttə, mənim üçün önəmli bir oyun oldu. Çünki çoxdan idi oyun praktikam azalmışdı. "Neftçi"də də az şans qazanırdım, ona görə də belə bir qərar verdim. "Ağ-qaralar"dan ayrılmaq mənim üçün çox üzücü idi. "Neftçi"yə, azarkeşlərinə və hər kəsə böyük hörmətim var. Sadəcə olaraq çox şans qazana bilmədiyim üçün ayrılmaq məcburiyyətində qaldım. Daha çox oynamağım üçün bu addımı atdım. Çünki karyeramın elə bir mərhələsindəyəm ki, görüşlərdə iştirak etməsəm karyeramın bitməyinə, uçurumuna doğru gedirdim. Bir il də belə otursaydım, düşünürdüm ki, karyeramı bitirəcəm və yaxud daha az təkliflər gələcək. Ona görə belə bir qərar verdim.  “Neftçi"yə uğurlar arzulayıram, bu gün qələbə qazandılar, təbrik edirəm. Əlbəttə, "Qəbələ"yə qayıtmağım mənim üçün yad bir komanda deyil. Doğmadır, bu klubun futbol karyeramda çox önəmli yeri var. Bura gəlməyi özümə borc bildim. Düşünürəm ki, komanda baxımından yaxşı oyun nümayiş etdirdik. Sadəcə belə bir rəqibə qarşı gərək əlinə düşən fürsətlərdən istifadə edəsən, biz də bundan yararlana bilmədik. "Neftçi" də keyfiyyətli oyunçulardan ibarət komandadır, düşən fürsətlərdən istifadə etdilər. Sonda da bir az yorğunluq büruzə verirdi komandamızda, ona görə də məğlub olduq. Ama düşünürəm ki, öz üzərimizdə işləməliyik. Daha çox gənclərdən ibarət komandamız var. Çox işləyib, bir-birimizi daha yaxşı tanımalıyıq. İndi yeni məşqçimiz də gəlib və yaxşı nəticələr qazanacağıq.

-Sizə təklif Qəbələ"dən gəldi? Qısa zamanda oldu, yoxsa bir müddət fikirləşib sonra cavab verdiniz? 

-Dediyim kimi, "Neftçi"də daha az şans qazandığım üçün və "Qəbələ" hər zaman mənə isti yanaşdığı üçün bura gəlməyimə Kaxaber Tsxadadzenin vaxtında da olsa həmişə isti yanaşıblar və iki variantım var idi. Mən də bunj "Qəbələ"dən yana istifadə elədim. Düşündüm ki, daha çox şans qazanaram, oynayaram. Gələn kimi də əsas heyətə qoydular. Ümid edirəm ki, gələcək zamanlarda bu inamı doğruldaram. 

-Bəs "Neftçi"dəki karyeranızı necə dəyərləndirərdiniz? Elvin Camalovun karyerasında verdiyi səhv qərarlardan biri idi, ya yox?

-Xeyr, "Neftçi"yə keçəndə də onsuz da bilirdim ki, hansı komandaya keçirəm, necə azarkeşləri var. Hər zaman dəstək olublar. "Neftçi"də çıxış etmək məncə, hər bir futbolçunun arzusudur. Mən də bu xəyalımı gerçəkləşdirdiyim üçün sevinirəm. "Neftçi"yə getməyimi karyeramın mənfi addımı kimi düşünməzdim. Düzdür, oynamadım, biraz limit məsələsi də var idi. Məşqlərdə maksimum dərəcədə çalışırdım, bunu məşqçilər də, "Neftçi" rəhbərliyi də təsdiqləyə bilər. Hər zaman nizam-intizamımla, məşqlərə yanaşmamla razı qalıblar. Məni göndərmək fikirləri də yox idi, sadəcə bu mənim öz seçimim oldu. Hörmətlə yanaşdılar. Mən də daha çox oynayıb karyeramı uzatmaq baxımından "Qəbələ"yə gəldim.

-Qərarınızdan peşman deyilsiniz, amma həm də bir haqsızlıqla üzləşdiyinizlə razılaşırsınızmı? Ötən mövsümün ikinci yarısı "Neftçi"nin ən yaxşı transferlərindən biri idiniz. Amma bir anda kölgədə qaldınız, yəni hansısa bir rəqabətdən söhbət gedə bilməzdi. Sanki bunun təməli Samir Abasovun dönəmində qoyuldu.

-Bəli, həmin zaman Samir Abasovun istəyi ilə gəlmişdim, komandaya qoşulmuşdum. Sadəcə deyərdim ki, sonra "Neftçi" hər zaman ilk pillələrə oynadığı üçün hara gəldiyimi anlayırdım. Hər zaman rəqabət olacaq. "Qəbələ"də də bu var, heç vaxt boş yanaşmaq olmaz. Sadəcə "Neftçi"də həmin zamanda yarım mövsüm oynadım, həmin vaxt yerli limiti hələ ki aktiv idi. Sonra ləğv olundu, ortaya oyunçular alındı. Daha çox onlara güvəndilər, belə deyərdim, mənə güvənmədilər. Düzdür, hər zaman hər kəslə qarşılıqlı hörmətimiz olub. Sadəcə futbolçu olaraq daha az şans qazandım. Meydançada bəlkə də mənə inanmadılar. Düşündüm ki, karyeramı uzatmaq baxımından belə bir seçim edim.

-Ötən yay təklifləriniz çox idi, amma maliyyə məsələsində razılıq əldə olunmadı. "Qəbələ"yə gələndə müəyyən güzəştlər etdiniz?

-Bəli, yayda da təkliflərim var idi. Sadəcə "Neftçi"də qalmağı həqiqətən çox istəyirdim. "Neftçi" ilə qarşılıqlı olaraq onlar da isti yanaşdılar. Əlbəttə, "Qəbələ"yə gələndə müəyyən şeylərdən keçməlisən ki, oynayasan. Müəyyən maddi baxımdan güzəştə getdim. Bu gün məğlub olmuşuq, amma oynadığım üçün çox sevincliyəm. Səhvlərimi analiz edəcəm, amma oynadığım üçün, oyun praktikası mənim üçün tam başqa bir şeydir. Oynamayanda insan daha çox kölgədə qalır, yaddan çıxır. Düşündüm ki, bu il də oynamasam, daha çox yaddan çıxacam. O baxımdan iştirak edib milli komandaya namizədlər sırasında olacağımı düşünürəm.

-Milli komandanın heyəti açıqlananda içində bir peşmançılıq hissi keçmədi ki, “Qəbələ”yə kaş ki bir qədər tez qayıdardım?

-Mən də onu düşündüm. Düşünürdüm ki, 2-3 oyun öncə tez qərar versəydim, bəlkə də indi o heyətdə mən də olardım. Çünki həqiqətən çox istəyirəm milli komandada oynamaq. Bəlkə də gələcək zamanda təklif alaram.

-Yoxlama oyunu hansı komandaya qarşı olacaq? 

-Hələ tam razılaşmamışıq, bitmək üzrədir. Amma Premyer Liqa komandası olacaq.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 Sentyabr 2026
09:42

MPL: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

09:00

"Neftçi"də qalmağı həqiqətən çox istəyirdim"- Elvin Camalov

01:48

Ruslan Voronsov "Karvan"dan ayrılması barədə danışdı: Yeni klubu bəlli oldu

01:11

"Özümü heç kimə lazım olmayan biri kimi hiss edirəm" - AFFA-nın istədiyi 18 yaşlı istedad

18 Sentyabr 2026
23:58

"Qalatasaray"da Osimhen gərginliyi

22:47

"Real Madrid" İngiltərədən 80 milyon funtluq müdafiəçi gətirir

22:02

Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı

21:48

"Ən azı 1 xal üçün gəlmişdik" - Zaur Həşimov

21:34

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ"a 1 qol bəs etdi

21:14

"Barselona" İsveçdə yeni ulduz kəşf etdi

20:43

Xulian Alvares meneceri ilə yollarını ayırır

20:02

Amil Ağacanov "Qəbələ"nin məğlubiyyətini şərh etdi

19:51

Yuri Vernidub "Qəbələ" üzərində qələbədən sonra nə danışdı?

19:25

"Arsenal" Rodriqo üçün zədə bərpasını diqqətlə izləyir

18:41

"Bayern"in 18 yaşlı istedadı üçün 100 milyon avro tələb olunur

18:04

I Liqa: 3-cü tura yekun vuruldu

17:44

Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detalları açıqlandı

17:25

"Gəncə" "Neftçi" ilə sınaq matçına çıxacaq

17:06

AFFA Gəncədə UEFA C kateqoriyalı məşqçilik kursu təşkil edəcək

16:49

"Daha artığına nail olmaq üçün..." - Nəziri ardıcıl 3-cü qələbədən sonra fikirlərini bölüşdü

16:31

"Sumqayıt"ın daha bir futbolçusu sıradan çıxdı

16:14

Vüqar Həsənov "Şamaxı"dakı darmadağını belə şərh etdi

15:57

"Gəncəbasar" 5 gün məşq etməyəcək

15:35

Füzuli Məmmədov: "Daha böyük hesabla qalib gələ bilərdik"

15:11

"Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət məlum oldu

14:51

AFFA və Pakistan Futbol Assosiasiyası arasında əməkdaşlıq müzakirə olundu

14:32

"Karvan-Yevlax" hücumçusu ilə vidalaşdı

13:42

Misli Premyer Liqasının ilk 5 turuna baxış: Rəqib tanımayan çempion, pis başlayan "Turan Tovuz"

13:24

Azərbaycan Kubokunun püşkü atıldı

13:03

"Trabzonspor"un yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - RƏSMİ

12:44

“Kəpəz”in səfər oyunları kinoteatrda nümayiş olunacaq

12:25

Burkina Fasodan olan futbolçunun durumu bəlli oldu - "Şamaxı"ya qarşı oynaya biləcək?

12:06

Azərbaycan millisinin heyəti açıqlandı

11:48

"Messi ilə bağlı içimdə təəssüf hissi var" - Fermin Lopes

11:10

"Ən vacib olan "Real Madrid"dir" - Kilian Mbappe

10:51

1-ci Liqa: Şamaxıda MOİK sevinəcək, yoxsa "Xankəndi?

10:30

Azərbaycan Kubokunun püşkü atılır

10:09

Sebalyos "Qızıl top"a namizədini açıqladı - O, "Real Madrid"dən deyil

09:45

"Sabahın Ulduzları": Yarımfinal cütləri müəyyənləşdi - FOTOLAR

09:25

MPL: "Neftçi" Qəbələ səfərində, "Qarabağ" debütanta qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X