21:42 20.09.2026 56

“Kəpəz” Gəncədə həmişə bir nömrə olub" - Azər Məmmədov

 

Misli Premyer Liqasının 6-cı turunda “Kəpəz” doğma meydanda “Sumqayıt”la qarşılaşıb.

Fanat.Az xəbər verir ki, tərəflər arasında qalib müəyyənləşməyib və görüş 1:1 başa çatıb.

Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Maraqlı matç oldu. Düşünürəm ki, azarkeşlərimiz bu görüşdən həzz aldılar. Bu oyunda qələbə qazanmaq istəyirdik. Bir xal da bizim üçün önəmlidir. Gəncə azarkeşlərinə təşəkkür edirəm. Yaxşı şəkildə bizi dəstəklədilər. Oyunçularıma da təşəkkür edirəm. Sayılmayan qolumuzdan sonra psixoloji cəhətdən zəiflik yarandı. Qələbə qazana bilərdik. Komandamdan razıyam. Lakin çalışmaq lazımdır.

- Sayılmayan qola təkrar baxıldı? Nə düşünürsünüz bu barədə?

- Vaxt edib baxa bilməmişəm. Hakim belə qərar veribsə, yəqin ki, düzgün qərardır.

-  Startda  qazanılan xallar sizin üçün yetərli oldu?

- Komandamız yenidən qurulur. Stabillik gətirməyə çalışırıq. Hər matça qələbə üçün çıxırıq. 7 xal bizim üçün yaxşıdır.

- “Kəpəz” öz xarakterini meydanda göstərdi. Komandanız ilk dəfə geridönüş etməyi bacardı. Nə düşünürsünüz?

- Bu statistikanı bilmirdim. Komanda bu gün həqiqətən də yaxşı mübarizə apardı. Son vuruşlarda problemlərimiz var. “Sabah” oyunundan başqa bütün matçlarda qol vurmuşuq. Yekun vuruşlarda oyunçularımızda təcrübə çatmır.

- Gözlənilənin əksi olaraq, 7 xal toplamısınız. “Kəpəz”ə və Azər Məmmədova qarşı kiçik bir kompaniya başladılıb. Sizə mənfi paylaşımlar edilir. “Gəncəbasar”ın adından da istifadə edirlər. Nə düşünürsünüz?

-“Gəncəbasar”ın yaranmasında ən çox sevinən tərəf mənəm. Eyni şəhərin komandalarının yaxşı olması üçün çalışmalıyıq. “Kəpəz” Gəncədə həmişə bir nömrə olub. Azarkeşlər üçün də bu belədir. Statistikaya qayıtsaq, komandanın kiçik də olsa, bu uğuruna sevinmək lazımdır. Dəstəyə ehtiyacımız var. Biz buna layiqik.

-Gəncə stadionunda olan atmosferi futbolçular dərk edir. Oyunçulardan nəticə gözlənilir. Futbolçular həyəcanı üstündən atıb?

-Oyunçularla danışdım. Azarkeşlərin matçdan həzz almalı olduğunu söylədim. Bu qədər azarkeşin olmağı Azərbaycan futboluna rəng qatıblar. Düşünürəm ki, milli fasilədən sonra biz daha da yaxşı hazırlaşıb, növbəti matçlarda yaxşı oyunlar oynayacağıq.

-Adama Fofana ilə psixoloji söhbət edib, son epizoddan oyatmaq üçün nə edəcəksiniz?

-Düzünü desəm mən də bacarmıram. Hər şey etməyə çalışır. Aqressiyasını danışmasa çıxarda bilmir.

-Artıq bütün ölkə Gəncə azarkeşlərindən danışır. “Kəpəz” əvvəlki kimi titullarla oynayan komanda deyil. Premyer Liqada yeri qorumaq yeganə hədəfdir? Yoxsa başqa planlar var?

-Bizdə yeni komanda yığılıb. Bir az zamana ehtiyacımız var. Beş ildir ki, bu klub hər il dağılıb yenidən qurulur. Əvvəlki “Kəpəz”i gətirmək çətindir. Müəyyən etaplarla gücləndirmək lazımdır. Bu proses bir qədər düşündürücüdür.

-Rəqib məşqçi oyun gedişindən fit səslənməyi barədə danışdı. Bu amil bilərəkdən edilir? “Kəpəz” rəhbərliyi bunun qarşısını alacaq?

-Fiti mən də eşidirdim. Bu hər iki komanda üçün probıemdir. Onu axtarıb tapmaq da çətindir. On beş minlik azarkeş tərəfindən edilir buna nə edə bilərik? Hər iki komandaya təsir edir.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

20 Sentyabr 2026
22:12

PSJ hücum xəttini saxlayır: 3 ulduzla yeni müqavilə danışıqları

21:42

“Kəpəz” Gəncədə həmişə bir nömrə olub" - Azər Məmmədov

21:25

Filipe Kandido "Kəpəz"lə matçdan sonra nə danışdı?

20:54

MPL: "Şamaxı" "Araz-Naxçıvan"ı yendi, Gəncədə qalib tapılmadı

20:13

Dariyo Srna pərdəarxasını açdı: Mudrik "Arsenal"a keçmək istəyirdi

19:48

"Barselona" Erlinq Holann xəyalından əl çəkmir

19:08

Azər Bağırov "Araz-Naxçıvan"la oyunu belə şərh etdi

18:50

"İlk 6 turluq dövr bizim üçün uğursuz oldu" - Zaur İsmayılov

18:11

"Barselona" Jül Kunde üçün Premyer Liqaya yaşıl işıq yandırdı

17:57

2-ci Liqa: "Şirvan"dan darmadağın, mərkəzi oyunu "Marafon" qazandı

17:12

Cud Bellinqem "Real Madrid"lə yeni müqavilə imzalayacaq

16:36

Anri "Qalatasaray"ı təkbaşına çökdürən Salahın tərifini göyə qaldırdı: "İndi hər kəs görür ki..."

16:02

De Zerbi "Tottenhem"i sərt tənqid etdi: "Mən heç vaxt belə şey görməmişəm"

15:00

Okan Buruk hakimə bu sözü dediyi üçün qovulub? - Özü açıqladı

14:07

"Müəyyən şeyləri ictimaiyyət qarşısında deyə bilmərəm" - "İnter"in baş məşqçisi

13:49

Virts "Bayern Münhen"ə keçir?

13:14

Caka ilə bağlı araşdırma başladıldı - SƏBƏB

12:41

Bakıda taekvondo üzrə ölkə çempionatı keçiriləcək

12:20

"Arsenal" üçün kabus: 1225 gün sonra eyni aqibəti yaşadı

11:53

Günün oyunları bu kanallarda - AFİŞA

11:17

2-ci Liqa: Lider ev sınağına çıxır, mərkəzi oyun Şamaxıda olacaq

10:41

"Sabahın Ulduzları": Finalda "Qarabağ" ilə "Sabah" qarşılaşacaq - FOTOLAR

10:00

"Bu toplanışa dəvət alacağımı daha çox gözləyirdim" - İsmayıl İbrahimli

09:38

MPL: Azər Bağırovla Cavid Hüseynov sabiq komandalarına qarşı

09:24

"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev müharibə veteranları ilə görüşüb

09:00

"Milli haqqında artıq-əskik danışmaq düzgün olmaz" - Qismət Alıyev

02:22

Super Liqa: "Trabzonspor" "Qalatasaray"ı əliboş yola saldı

01:54

La Liqa: "Barselona" səfərdən 3 xalla dönür

01:34

Liqa 1: "Tuluza" 3 xalı 3 qolla qazandı

01:18

A Seriyası: Turun mərkəzi matçında qalib müəyyənləşmədi

00:53

Bundesliqa: "Dortmund"dan minimal hesablı qələbə

00:41

Premyer Liqa: "Arsenal" darmadağına uğradı

19 Sentyabr 2026
23:57

Milli komandamızın müdafiəçisi Türkiyədə gözlənilməz qərarla üz-üzə qaldı

23:26

Valdas Dambrauskas "İmişli" ilə matçdan sonra nə danışdı?

23:15

Fərid Namazov: "Fasilədən maksimum yararlanmağa çalışacağıq"

22:44

"Beşiktaş"da şok zədə

22:12

"Çelsi"dən 80 milyonluq həmlə

21:39

MPL: "Turan Tovuz" son dəqiqələrdə sevindi, "Sabah"dan inamlı qələbə

21:23

"Sumqayıt" heyətini gücləndirdi

20:41

"Real Madrid" və "Barselona" 16 yaşlı istedad üçün hərəkətə keçdi

Facebookdan bizi izləməyi unutmayın.
X