
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandanın 39 oyunluq məğlubiyyətsiz seriyasına baxmayaraq, hələ də daha yaxşı nəticələr göstərə biləcəyini bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı AFP yayıb.
İspaniya UEFA Millətlər Liqasının ilk turunda səfərdə İngiltərəni 2:3 hesabı ilə məğlub edib. İspanlar əvvəlcə Lamin Yamalın qolu ilə hesabı açıb. Daha sonra Entoni Qordon və Harri Keynin qolları ilə İngiltərə önə keçib.
İspaniya ikinci hissədə oyunun gedişini dəyişib. Aleks Baena hesabı bərabərləşdirib, Mikel Oyarzabal isə 74-cü dəqiqədə qələbə qolunu vurub. Oyarzabal bununla da 2024-cü ildə Avropa çempionatının finalında İngiltərəyə qarşı vurduğu qələbə qolunu təkrarlayıb.
Luis de la Fuente bildirib ki, komandanın əldə etdiyi uğurlar futbolçuların daim inkişaf etmək istəyi ilə bağlıdır.
“Bu nəsil futbolçuların əldə etdikləri böyük uğurdur. Onlar daim inkişaf etməyə çalışırlar. Statistikalar hər şeyi göstərir. İspaniyanın etdikləri inanılmaz dərəcədə çətindir. Növbəti Xorvatiya matçına son oyunumuzmuş kimi yanaşacağıq. Bu futbolçular həmişə inkişaf etmək istəyirlər”, - deyə baş məşqçi bildirib.
İspaniya bu qələbədən sonra məğlubiyyətsiz oyunlar seriyasını 39-a çatdırıb.
Baş məşqçi Lamin Yamalın çıxışını da yüksək qiymətləndirib: “Onun performansı müstəsna idi. Belə bir futbolçunun komandamızda olmasına görə şanslıyıq”.
Əlisahib İbrahimli