“Tottenhem” “Bayern Münhen”in müdafiəçisi Kim Min-Ce ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Bild” yayıb.
Məlumata görə, “Tottenhem”, “Aston Villa” və “Milan” Cənubi Koreya millisinin üzvünün vəziyyətini izləyir. Bu klubların hər üçü yay transfer pəncərəsində futbolçu ilə bağlı “Bayern”ə müraciət etsə də, konkret təklif irəli sürməyib.
Kim Min-Cenin Almaniya klubu ilə müqaviləsisinin müddəti 2028-ci ilin iyununa qədər qüvvədədir. Onun gələcəyi ilə bağlı qərarın ilin sonlarında müəyyənləşəcəyi gözlənilir.
Futbolçunun yanvar ayında komandadan ayrılması hazırda gözlənilmir. Onun gələcəyi əsasən “Bayern"in müqavilə danışıqlarında hansı mövqedən çıxış edəcəyindən asılı olacaq.
Əlisahib İbrahimli