
“Mançester Yunayted” və “Arsenal” “Sanderlend”in hücumçusu Brayan Brobbeylə maraqlanırlar.
Fanat.Az xəbər verir ki, informasiyanı “LiveScore” yayıb.
Məlumata görə, hər iki klub 24 yaşlı niderlandlı futbolçu üçün təklif verməyə hazırlaşır. Brobbey son Premyer Liqa oyununda “Mançester Siti”yə qarşı het-trik edərək diqqətləri üzərinə çəkib. “Sanderlend” həmin görüşdə 3:5 hesabı ilə məğlub olub.
Brobbey hazırda “Çelsi” və “Tottenhem”in də diqqət mərkəzindədir. Lakin “Mançester Yunayted” və “Arsenal”ın da futbolçu üçün mübarizəyə qoşulduğu bildirilir.
Klubların Brobbey üçün hələlik rəsmi təklif göndərmədiyi, lakin yanvar və ya yay transfer pəncərəsində bunun baş verə biləcəyi qeyd olunur.
Brobbey 2025-ci ildə “Ayaks”dan “Sanderlend”ə keçib. O, İngiltərə klubunda keçirdiyi ilk mövsümdə 7 qol vurub, bu mövsüm isə “Mançester Siti” ilə oyunda ilk het-trikinə imza atıb.
Əlisahib İbrahimli