
“Liverpul” “Real Madrid”in yarımmüdafiəçisi Orelien Tçuameni ilə bağlı marağını davam etdirir.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Mənbənin məlumatına görə, fransalı futbolçu “Real Madrid”lə yeni uzunmüddətli müqavilə imzalasa da, “Liverpul” onun nümayəndələri ilə əlaqəni kəsməyib.
Mersisayd klubu Tçuameniyə uzun müddətdir maraq göstərir. İngiltərə təmsilçisi yay transfer pəncərəsində də futbolçunun mümkün transferi ilə bağlı “kral klubu” ilə danışıqlar aparıb.
“Mançester Yunayted” də Tçuameni ilə maraqlanıb. Lakin futbolçunun “Real Madrid”in yeni baş məşqçisi Joze Mourinyu ilə görüşündən sonra vəziyyət dəyişib və tərəflər yeni uzunmüddətli müqavilə üzrə razılığa gəliblər. Lakin "Liverpul" futbolçunu transfer etmək niyyətin vaz keçmir.
Əlisahib İbrahimli