
Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri Zinəddin Zidanın "Le Bleus"un baş məşqçisi təyin olunması ilə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "Footmercato" əfsanəvi futbolçunun dediklərini belə çatdırıb:
"Futbolumuzda demək olar ki, Tanrı səviyyəsində birinin olması xoşbəxtlikdir. Mən bunu inanclı insanları incitmək istəmədən deyirəm, amma Zidan futbolda bizim üçün məhz Tanrı səviyyəsindədir... Onu Fransa millisində görmək və mənim də işləmək imkanım olan bu nəslə nə verə biləcəyini görmək... Artıq uşaqların ona gözləri geniş açılmış şəkildə necə baxdıqlarını görürük və bu, tamamilə normaldır. Çünki o, Zizudur! Əlbəttə ki, ona nəticələr lazımdır. O, artıq nəticələrə sahib olub və davam etməlidir. Fabien Bartezi görmək də xoşdur. Nə yaxşı ki... Tanrı gəldi".
Qeyd edək ki, Fransa millisi Zidanın rəhbərliyi altında Millətlər Liqasında keçirdiyi hər iki matçda qələbə qazanıb. Türkiyə və Belçikanı 1:0 hesabı ilə yenən Fransa bu gün İtaliya ilə qarşılaşacaq.
Mirağa