"Futbolçuların Rəşad Sadıqovu millidə görmək istəməsi təbii qarşılanmalıdı”.
Bunu Fanat.Az-a açıqlamasında Bakı "İnter”inin (indiki "Keşlə”) sabiq çalışdırıcısı Valentin Xodukin deyib.
2007/08 mövsümündə sabiq "bankirlər”ə ölkə çempionatının qızıl medallarını qazandırmış 80 yaşlı mütəxəssis fikrini belə əsaslandırıb: "Qarabağ”da karyerasını hələ də davam etdirən Sadıqovun bir futbolçu kimi nail ola bildikləri göz qabağındadı. Uzun illər millinin lideri olmuş adamın - yerli futbol psixologiyasını bilən birinin yığmaya çox şey verəcəyini düşünmək olar. Rəşadın futbolda keçdiyi yola baxanda başa düşmək olur ki, bu adam yalnız əsas yığmanın baş məşqçisi olmayıb”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol