15:15 05.01.2023 609

"Ermənistanla oyun parket üzərində bir “döyüşə” bənzəyirdi" - Millinin sabiq oyunçusu

"Yatanda da bu matç haqqında düşünürdük".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futzalçısı Rəcəb Fərəczadə federasiyanın rəsmi saytına müsahibəsində deyib.

42 yaşlı veteran oyunçu 2008-ci ilə təsadüf edən qarşılaşmanı unuda bilmədiyini söyləyi: "Qrupda onlarla qarşılaşacağımızı bildiyimiz dəqiqədən oyuna qədər həyəcansız günümüz olmadı. Çox həssas məqam idi: torpağımız işğal altında olduğuna görə onlarla qarşılaşma bizim üçün sanki parket üzərində bir “döyüşə” bənzəyirdi. Ancaq qələbə qazanmalı idik. Heç-heçə variantı haqda düşünən belə yox idi. Bu yolda canımızı vermək bahasına olsa da, məqsədimizə çatmalıydıq. Əlbəttə, şadam ki, görüşdə hesabı açdım. Karyeramda o qədər qol vurmaşam ki, ancaq həmin qolu heç vaxt unutmayacam. Sorgu keçirsəydilər, həmin qolu “karyeramın ən yaxşı qolu” seçərdim".

Fərəczadənin sözlərinə görə bu qədər həyəcanlı olmaq oyunlarına bəzən mane olurdu: "Ancaq həyəcanlanmamaq da mümkün deyildi. Birinci hissədə rəqib müdafiədən çıxmağa çalışırdı. Ötürmə edəndə səhvə yol verdilər. Topu ələ keçirdim, dərhal zərbə endirdim və qol oldu. Zalda da bizi kifayət qədər azarkeş dəstəkləyirdi. Almaniyada, Niderlandda, Çexiyada, Slovakiyada yaşayan həmyerlilərimiz matçı izləyirdilər. Qoldan sonra onların necə sevindiklərini gördük. Qol sayəsində özünəinam da artdı və artıq rəqibi udmaq bir yana, böyükhesabla yenəcəyimizə əmin idik.

Futzalçı oyunçular üzərindəki təzyiqdən də söz açıb: "Yaşımızın elə dövrü idi ki, situasiyanı kiminsə bizə izah etməsinə ehtiyac yox idi. Hər şeyi dərk edirdik. Özümüzdə gərginlik var idi, amma bunu büruzə verməməyə, kənar təzyiqdən qaçmağa çalışırdıq. Zaur müəllim (Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov) bütün oyunlarda olduğu kimi, bu matçda da yanımızda idi və dəstəyini əsirgəmirdi. Ümumiyyətlə o, bir qurum rəhbəri olmaqla yanaşı, həm də futzalçıların dostu idi. Məsləhətləşirdik, təkliflərimizi deyirdik, o da dinləyirdi, öz məsləhətlərini verirdi. Matçdan əvvəl səhər gəzintimiz oldu, rəhbərlik çalışdı ki, bir qədər deyib-gülməklə oyunçulardakı gərginliyi azaltsın. Çünki oyun haqda o qədər düşünürdük ki, gecə də gözümüzə yuxu getmirdi. Oyun günü səhərə qədər demək olar, yatmamışdım. Şükürlər olsun ki, yekun istədiyimiz kimi oldu və 9:1 hesabı ilə qələbə qazandıq.

O, qarşı tərəfin onları provakasiyaya çəkməyə çalışdığını vurğulayıb: "Rəqibin azsaylı azarkeş qrupu var idi zalda. Onlar komandalarının bu şəkildə məğlub olacaqlarına inanmırdılar. Hesab 2:1 bizim xeyrimizə olan zaman tribunada müəyyən hərəkətlər etməyə, bizə təzyiq göstərməyə çalışdılar. Ancaq etdikləri əks-nəticə verdi. Ardıcıl qollar gəldi. Həmin anda bizim düşərgədə məşqçimizin işi daha çətin idi. Çünki hamı meydana çıxmaq, oyunun iştirakçısı olmaq, gözündəki qığılcımı, daxilindəki “vulkanı” qol vurmaqla söndürmək istəyirdi. İnanın, əlavə iki hissə də keçirilsəydi, hamımız oynamağa hazır idik".

Fərəczadə oyundan əvvəl, həm də sonra komandalar arasında dava-dalaş, insident, hansısa xöşagəlməz hadisə baş vermədiyini deyib: "Məncə, eyni oteldə qalsaydıq, bəlkə də oyundan sonra onlar bu yenilginin əvəzini çıxmaq üçün mütləq provakasiyaya əl atacaqdılar. Bu qələbədə Zaur müəllimin də əməyi danılmaz idi. Sanki 5-ci oyunçumuz idi. Oyun ərzində dəstəkləyirdi, səhv edəndə imkan vermirdi ona görə məyus olaq, gərginləşək. Qələbə qazanmağımızı çox istəyirdi. Qələbəyə görə necə sevindiyini inidyə qədər xatırlayıram. Bəlkə də hansısa nəticəyə görə bu matçın yekunundakı qədər sevinməyib. Bir faktı da deyim. 17 yaşımdan Ruslan Abdullayev, Asəf Namazov kimi məşqçilərin rəhbərliyi altında futbol üzrə milli çempionatın oyunlarında iştirak etmişəm. Söhbət 1997-98-ci illərdən gedir. Həmin vaxt Gəncə, Şəmkir, Tovuz kimi bölgələrdə güclü komandalar və onların heyətlərində böyük potensiala malik gənc futbolçular yer alırdı. Gəncə kimi yerdə 15-16 min azarkeşin qarşısında meydana çıxırdım və 17 yaşım olmasına rəğmən zərrə qədər də həyəcanlanmırdım. Ən böyük həyəcanı futzalda ermənilərə qarşı keçirdiyimiz oyunda yaşamışam. Hər imkandan maksimum istifadə etməyə çalışırdıq ki, onları məyus edək. Yenə deyirəm, 15-20 min azarkeş qarşısına dəfələrlə çıxsam da, heç vaxt belə həyəcan keçirməmişəm".

Qeyd edək ki, Azərbaycan yığması 2008-ci ildə dünya çempionatının seçmə mərhələsində Ermənistan komandasını 9:1 hesabı ilə üstələyib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
22:41

Mehin MirzəbalayevaFransada qızıl medal qazanıb

22:09

MPL: "Kəpəz" "Turan"ı yendi, "Zirə" 3 xalı bir qolla götürdü

21:39

"Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim"

21:15

"Bu matçda daha yaxşı oynadıq" - Kurban Bedıyev

20:53

"Everton"un gənc ulduzu komandasını dəyişir

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

Facebookdan bizi izləməyi unutmayın.
X