23:05 30.09.2023 523

“Yasamal Bakı” və “Baku Fire”dən ilk qələbə

Bu gün futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, turun açılış matçında ötən mövsümün qızıl və gümüş medalçıları qarşılaşıb.

Hər iki komanda oyuna itkilərlə çıxıb. Qırmızı vərəqə cəzalısı olan “Neftçi”nin qapıçısı Anar Məmmədov və Reza Abgoun liderə qarşı forma geyinmirdi. Buna görə də qapının təhlükəsizliyi gənc Zaur Sultanova həvalə olunmuşdu. “Araz-Naxçıvan”da isə Amadeu və İsa Atayev səhhəti ilə əlaqədar heyətdə yer almamışdı. Əvəzində mövsümün əvvəlində “Araz-Naxçıvan”a qoşulan U-19-un sabiq üzvü Tofiq Hüseynov debüt etmək imkanı qazandı. Oyunda hesab erkən açıldı. Əvvəlcə Danillo fərqləndi. Növbəti qolu isə Felipinyo vurdu. 10-cu dəqiqədə “Neftçi” ardıcıl 2 qol vurmağa yaxın olsa da, futzalçılar son anda dəqiq oynaya bilmədilər. “Araz-Naxçıvan” ikinci hissədə də üstünlüyünü davam etdirdi və növbəti qələbəsini rəsmiləşdirdi.

Turun ikinci oyunu daha gərgin və dramatik keçdi. Görüş boyu hesabda geri olan və oyunçusu qırmızı vərəqə alan “Yasamal Bakı” son saniyələrdə vurduğu qolla qələbə qazanıb. Bu debütantın Yüksək Liqada ilk qələbəsi oldu. Son matçda isə U-19-la iddialı “Baku Fire” üz-üzə gəldi. Təcrübəli futzalçılardan qurulan “Baku Fire” böyükhesablı qələbə qazandı.

Yüksək Liqa
2-ci tur
30 sentyabr

“Neftçi” İK - “Araz-Naxçıvan” 1:6
Qollar: Mirzə Əmirov, 37:39 - Erik Danillo, 1:24; 13:16. Felipinyo, 7:56. Xətai Bağırov, 17:59. Lukas Romao, 25:52. Katatau, 38:19.
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.

“Yasamal Bakı” – “Record” 4:3
Qollar: Adil İsmayılov, 27:25; 37:22. Anar İsayev, 27:59. Rüstəm Bağırov, 39:37 - Cavad Barzegar, 2:59; 12:17. Zöhrab Quluşev, 33:26.
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
30 sentyabr. Bakı İdman Sarayı. Saat 16:00.

“Baku Fire” – U-19 10:1
Qollar: Nihad İsmayılov, 3:02; 17:17; 31:30. Tofiq Mikayılov, 4:26. Oktay Rüstəmli, 24:06; 31:41. Kənan Manafov, 26:09; 33:43. Tofiq Əliyev, 37:14; 38:40 - Qüdrət Qasımzadə, 1:35-pen.
Hakimlər: Ramil Namazov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 18:00.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X