AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək. Turnirdə Azərbaycanın, Belarusun və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, noyabrın 26-da start götürəcək turnirə 30-da yekun vurulacaq.
Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.
Turnirin təqvimini və oyunları idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Azərbaycan – Belarus
26 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov
Azərbaycan – Mərakeş
28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı
Mərakeş – Belarus
30 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov