Qış fasiləsinə lider yollanan “Araz-Naxçıvan” braziliyalı hücumçusu ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, “qırmızı-ağlar” müqaviləsi başa çatan Erik Dannilo ilə anlaşmanı uzatmayıb.
Yayda komandaya qoşulan hücumçu “Araz-Naxçıvan”ın forması altında Yüksək Liqada 8, UEFA Çempionlar Liqasının ilkin mərhələsində isə 2 qol vurub.