UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarının təqvimi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu qrupun oyunların oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək.
Təmsilçimiz ilk matçda “Uraqan” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu son turda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.
Mirağa