22:50 27.10.2021 677

"Bura gəlmişiksə, əliboş dönməməliyik" - "Araz"ın yeni transferi

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sabah “Uraqan”la qarşılaşacaq “Araz” (Naxçıvan) bu gün oyunun keçiriləcəyi zalda son məşqini keçirib. 

Fanat.Az xəbər verir ki, təxminən 1 saat davam edən hazırlıq prosesindən sonra Azərbaycan təmsilçisinin son transferi David Qustavo federasiyanın rəsmi saytına müsahibə verib.
 
-  Karyeran haqda qısa məlumat verərdin...
- Braziliya Birinci Liqasında başladım. 4 il bu liqada iştirak etdim. Daha sonra Avropaya yollandım. Belçikanın “Hallo-Gooik” klubunda çıxış etdim. Ardınca Fransanın “Monpelye” komandasının da formasını geyindim. Növbəti dayanacağım fərqli qitə oldu. Belə ki, Qətər klublarından birindən gələn təklifi dəyərləndirdim.
 
- Amma beynəlxalq oyunlarda iştirak etməmisən?
- Xeyr. İlk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparacam. Əlbəttə, buna görə sevinirəm. İdmançı üçün beynəlxalq oyunlarda iştirak etmək, uğur qazanmaq əvəzolunmaz hisslərdir. Ümid edirəm ki, mənim də siftəm uğurla yadda qalacaq və karyeramda yaxşı bir təcrübə olacaq.
 
- Təxminən 20 gündür “Araz”ın düşərgəsindəsən. Uyğunlaşa bilmisən?
- Əlbəttə, bunun öhdəsindən gəldiyimi deyə bilərəm. Çünki əla kollektivimiz var. Hər keçən gün bir-birimizi daha yaxşı başa düşürük. Həm də peşəkarlarla işləmək, bir komandada yer almaq çətinlik yaratmır. Baş məşqçi və heyətdə bir neçə həmyerlim var. Bu amil də mənə xeyli kömək edir.
 
- Azərbaycan təmsilçisindən təklif alana qədər ölkəmiz haqda məlumatlı idin?
- Açığını deyim, yox. Amma artıq buradayam və buna görə də peşman deyiləm. Ölkəniz mənim üçün maraqlıdır. Gözəl şəhəriniz var, mətbəxiniz zəngin və dadlıdır, insanlarınız aqressiv deyil. Həm də burada braziliyalı futzalçıların olması da seçimimə təsir etdi. Çünki dil, ünsiyyət problemim yoxdur. İngilis dilini bilməyim də işimə yarıyır.
 
- Mətbəximizdən hansı yeməyi bəyənmisən?
- Kababı çox sevirəm. Xüsusilə də lülə kababı. Qətərdə oynayan vaxt orada da yemişdim bu kababdan. Amma sizdə bir qədər fərqli bişirirlər. Burada yediyim daha dadlıdır.  
 
- Bakını da gəzməyə vaxt tapmısan...

- Bəli, gəzmişəm, çoxlu şəkillər çəkdirmişəm. Həmin şəkilləri ailəmə də göndərdim, onlar bu cür gözəl şəhərdə yaşadığıma görə çox sevinirlər. Həqiqətən də düşündüyümdən daha yaxşı şəhər gördum. İnternetdən də müəyyən bilgilər əldə etmişdim. Əyani görmək isə bir başqadır.
 
- Qayıdaq Çempionlar Liqasına. Qrup haqda nə düşünrsən?

- Çətin qrupda yer almışıq. İşimiz heç də asan olmayacaq. Ancaq komanda yoldaşlarım əvvəlki mərhələdə yaxşı iş görüblər. Həmin uğurun davamını gətirməliyik. Bunun üçün də hər oyuna yüz faiz məsuliyyətlə, ürəklə yanaşmalıyıq. Bu cür olacağına əminəm. Komanda yoldaşlarıma inanıram və yekun nəticənin bizi sevindirəcəyinə ümidliyəm.
 
- Start “Uraqan”la olacaq. Bu komandanın oyununu izləmisənmi?
- “Xerson”la son turda keçirdikləri matça baxdıq. Fərqli taktika ilə oynayırlar. Fiziki planda güclüdürlər. Fərdi keyfiyyətlərinə görə seçilən futzalçıları var. Amma mübarizə aparmaq, sərfəli nəticə qazanmaq mümkündür.
 
- Amma ciddi itkilərlə çıxacağıq.

- Təəssüf ki, Rizvan, İsaq bizə kömək edə bilməyəcək. Xətai də ilk oyunda meydana çıxmayacaq. Əlbəttə, hər bir oyunçunun yoxluğu komanda üçün itkidir. Lakin elə etməliyik ki, onların yoxluğu aşkar şəkildə görünməsin. Heyətimizdə rotasiya etmək üçün futzalçılar var. Baş məşqçimizin də müəyyən planları var. Bura gəlmişiksə, əliboş dönməməliyik.
 
- Oyunun keçiriləcəyi zalda ilk məşq necə alındı?

- Yol yorğunluğuna baxmayaraq yaxşı məşq etdik. Örtük yaxşıdır, elə sabah oynayacağımız top da xoşuma gəldi. Uşaqlar çox itəklidirlər. Qalır bu istəyi meydanda göstərmək və nəticəyə çevirmək. Bunu bacaracağıq.
 
- Şansınız necə faizdir?
- 60 faiz dəyərləndirərdim. Bu ümumi qrupun yekun nəticəsi ilə bağlıdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

Facebookdan bizi izləməyi unutmayın.
X