13:20 29.10.2021 652

"Araz-Naxçıvan"ın müdafiəçisi: "Heç kim düşünməsin ki..."

“Araz-Naxçıvan”ın müdafiəçisi Amir Şocaei federasiyanın rəsmi saytına müsahibə verib.

Fanat.Az xəbər verir ki, iranlı futzalçı Çempionlar Liqasının ilk turunda "Uraqan"a məğlubiyyəti şərtləndirən məqamlara aydınlıq gətirməyə çalışıb.

- “Uraqan”a məğlubiyyətin səbəbini nədə görürsən?
- İlk oyunda meydan sahiblərinə qarşı oynamaq hər zaman çətin olur. Üzərində daim təzyiq hiss edirsən. Eyni zamanda iki ilə yaxın idi azarkeş səsi eşitmirdik. Oyunlarda səs-küy olmurdu. Bu gün yerli azarkeşlərin səsi hər addımda eşidilirdi. Meydanın örtüyü də bir qədər sürüşkən idi. Bunlar üst-üstə yığılanda əməlli-başlı çətinlik yaradırdı.

- Baş məşqçi birinci hissədəki çıxışınızdan narazı qaldı. Niyə oyununuz alınmadı?
- Baş məşqçi ilə razılaşmamaq mümkün deyil. Niyə alınmadığını deyə bilmərəm, amma kobud səhvlər buraxdıq və nəticədə rəqib iki qol vurdu. Bundan sonra fərqlənmək üçün irəli atılsaq da, oyunu istədiyimiz kimi qura bilmədik. Sanki tələsirdik, sakit, səbirlə oynaya bilmirdik.

- Bəs niyə səhvləri biz etdik, rəqib yox?
- Səhvlər öyrəşmədiyimiz yerdə oynamaqdan başladı. Əlbəttə, hər şeyi örtüklə bağlamaq istəmirəm. Öz səhvlərimiz də kifayət qədər oldu. Müdafiədə diqqətli oynamalı idik, bunu bacarmadıq.

- Rəqib sanki fiziki hazırlıq baxımından bizdən güclü idi..
- Bilirsiniz ki, turnirə ciddi itkilərlə gəldik. Heyətimiz məhdud idi. Fiziki baxımdan bizdən üstün olduqlarını qəbul edirəm. Amma hər şeyi bununla bağlamaq olmaz. Diqqətli oynamadıq, boşluqlar verdik. Halbuki bunun qarşısını almalı idik.

- Növbəti rəqib Rumıniya çempionudur. Bu görüşdən nə gözləyirsən?
- Onların oyununu izləmişəm. Hər bir rəqibin özünə görə gücü, taktikası, sürprizləri var. Baş məşqçi oyunla bağlı tapşırıqlar verəcək. Bir məsələni qeyd edim ki, burada asan rəqib yoxdur. Heç kim düşünməsin ki, filan ölkənin komandası zəifdir, onu asanlıqla udacağıq. İştirakçı kollektivlərin hamısı mübarizə aparır. Hər kəs istəyir ki, qələbələr qazansın, yaxşı nəticə əldə etsin. Biz də bura uğur qazanmaq üçün gəlmişik. Əlbəttə, meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq.

- Birinci yeri tutmaq üçün şansımız qalıbmı?
- Qalan iki oyun bizim üçün bir savaşdı. Bu “müharibə”ni udman üçün sona qədər vuruşacağıq. Hər şey qismətdən asılıdır. Bəlkə elə vəziyyət yaranacaq ki, hansısa komanda növbəti oyunda 4-5 futzalçısının xidmətindən yararlana bilməyəcək. Üzərimizə düşən odur ki, qarşıdakı 2 oyundan maksimum xal toplayaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

Facebookdan bizi izləməyi unutmayın.
X