Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, yeni sıralamaya görə Azərbaycan yığması planetin 14-cü komandasıdır.
Joze Alesionun yetirmələrinin hesabında 1391 xal var. Millimiz bir pillə geriləyib. Komandamız Mərakeşi özündən qabağa buraxıb.
Afrikalılar komandamızı 11 xal qabaqlayır. Bir neçə gün əvvəl yığmamızla iki yoxlama oyununda qalib gələn Ukrayna 1430 xalla 12-cidir.
Qeyd edək ki, cədvəlin ilk üç pilləsində İspaniya (1791), Braziliya (1780) və Argentina (1741) qərarlaşıb.