10:14 20.01.2022 562

"Avropa çempionatı üçün darıxmışıq" - Millimizin üzvü

Avropa çempionatına Niderlandda hazırlaşan Azərbaycan millisi Gürcüstanla ilk oyunun keçiriləcəyi "Martini Plaza"da məşqlərini davam etdirir. 

Fanat.Az xəbər verir ki, millinin aparıcı üzvlərindən olan Qallo yarışın startı ərəfəsində federasiyanın mətbuat xidmətinə açıqlama verib. 

Braziliyalı futzalçı hazırlıqları dəyərləndirib:

“Bilirəm ki, 20 yanvar Azərbaycan tarixində xüsusi bir gündür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onlar heç vaxt unudulmayacaqlar.

Məşqlərimizə gəldikdə, hər keçən gün daha da yaxşı oluruq. Təbii ki, hamımız Gürcüstanla keçirəcəyimiz oyuna köklənmişik. Son bir həftədə daha intensiv hazırlıq keçmişik. Yoldaşlıq oyunu keçirməyimiz də yaxşı oldu. Zəif tərəflərimizi gördük və qısa vaxtda sürətli şəkildə aradan qaldırmağa çalışırıq.

Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız çempionat üçün darıxmışıq. Əminəm ki, yaxşı çıxış edəcəyik və uğur qazanacağıq. Bura o məqsədlə gəlmişik. Tapşırığımız məlumdur - minimum vəzifəmiz qrupdan çıxmaqdır.

Məncə, komanda oyunlara hazırdır. Düzdür, qarşıda daha 2 məşqimiz var. İndi ancaq taktiki planda və standartlar üzərində çalışırıq. İşimiz pis alınmır. Hər məşq yaxşı olmaq baxımından bizə kömək edir. Xırda detallar qalıb ki, onu da tamamlayacağıq. Bu əsasən standartlarla bağlıdır.

Avropa çempionatında zəif komanda, rəqib olmur. Bura seçmə mərhələdə güclü olanlar qatılır. Çempionat buna görə digər qitələr üçün də maraqlıdır. Azərbaycan millisinin formasını geyinməkdən, bu komanda ilə uğur qazanmaq üçün mübarizə aparmaqdan məmnunam. Qrupumuzda fərqli oyun üslubuna və gücə malik komandalar yer alıb. Biz keçirdiyimiz son yoldaşlıq oyunlarında yaxşı nəticələr qazana bilməsək də, rəsmi görüşlərdə bunları unutduracağıq.

Çempionatın daha çox komandanın iştirakı ilə keçirilməsi də marağı artıran məqamdır. Futzal bayramı daha çox müddəti əhatə edəcək, Oyunlar arasında fasilə - deməli, bərpa və hazırlaşmaq müddəti də çox olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2022-də ilk oyununu yanvarın 22-də Gürcüstana qarşı keçirəcək. Qroningen şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

18:01

MPL: "Kəpəz" "Turan Tovuz"u qəbul edir - YENİLƏNİR

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

Facebookdan bizi izləməyi unutmayın.
X