13:15 13.05.2022 785

"Növbəti mövsüm daha iddialı "Neftçi" görəcəksiniz"

“Neftçi” İK-nın “sükanı” arxasına qış fasiləsində gətirilsə də, heyətdə və oyun planında dəyişiklik etməklə Yüksək Liqanı bürünc medalla başa vuran Elşad Quliyev həm də yetirmələrini Azərbaycan kubokunun finalına daşımaqla diqqətləri cəlb etdi. Məhz onun gəlişindən sonra görülən işlər mütəxəssisin ilin ən yaxşı baş məşqçisi seçilməsinə imkan verdi. 

Fanat.Az xəbər verir ki. təcrübəli mütəxəssis Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında təəssüratlarını bölüşüb. Quliyev həmçinin növbəti mövsüm üçün iddialı açıqlaması ilə diqqət çəkib:

“Mövsümün ən yaxşı məşqçisi seçilməyim bir tərəfdən işimizə verilən qiymətdir, digər yandan məsuliyyətimizi artırır. Səsvermə məşqçilər arasında keçirilsəydi, mən seçimimi çempion olan komandanın baş məşqçisinin xeyrinə edərdim.

Cari mövsümüdə planlaşdırdığımızı, istədiklərimizi tam həyata keçirə bilmədik. Bunun üçün zaman kifayət etmədi. Növbəti mövsümə fərqli hazırlaşacağıq. Məqsədimiz daha yüksək yerlərdən birini tutmaq - finalda oynamaq, çempionata rəng qatmaqdır. Öz oyun üslubu olan, intizamlı bir “Neftçi” yaratmaq istəyirik. Hazırda bu istiqamətdə işlər görürük. Planlarımıza həm də milli komandanın formasını geyinməyə layiq olan futzalçılar hazırlamaq da daxildir. Azərbaycanın adını ucaltmaq üçün əlimizdən nə gəlir, edəcəyik. Bu mövsüm gec oldu. İndi axtarışlarımız davam edir. Perspektiv vəd edən oyunçuları heyətimizə cəlb edəcəyik ki, onlar da komandada artırmaqla gələcəkdə millinin formasını geyinməyə layiq olsunlar. Belə deyək də, məqsədimiz millinin heyəti açıqlananda orada “Neftçi”nin də üzvlərinin olmasıdır. Belədə həm klubumuz qazanacaq, həm də əsas millimiz. Bir sözlə, daha güclü, iddialı komanda qurmaq üçün çalışacağıq.

Qış fasiləsində gəlsək də, heyətdə mümkün qədər dəyişiklik etdik, oyunlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. Ancaq yenə deyirəm, vaxt azlığına və mövsümün ortası olduğuna görə istədiklərimizi reallaşdıra bilmədik. Çalışdıq, cəhdlər etdik, vaxt yetmədi. Bu il edə bilmədiklərimizi növbəti mövsümdə reallaşdıracağıq. Təkcə “Neftçi”nin yox, digər komandaların da güclənməsini, rəqabətli oyunların baş tutmasını arzulayırıq. Çempionatın təşkil ilə bağlı görülən işlərə görə federasiya rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarına təşəkkür düşür”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
21:39

"Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim"

21:15

"Bu matçda daha yaxşı oynadıq" - Kurban Bedıyev

21:05

MPL: "Zirə" "Neftçi"ni yenir - YENİLƏNİR

20:53

"Everton"un gənc ulduzu komandasını dəyişir

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

Facebookdan bizi izləməyi unutmayın.
X