19:58 07.07.2022 461

"Reytinqdə biz favoritik, amma..." - Millinin qapıçısı

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli 2024-cü il dünya çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərib.

Fanat.Az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə danışan 31 yaşlı qolkiper millinin rəqibləri haqda fikirlərini bölüşüb:

"Reytinq göstəricisində biz favoritik, amma bunu meydanda da göstərməliyik. Qrup lideri olmaq və elit-raunda vəsiqə qazanmaq istəyirik. Yunanıstan futzalçıları ilə son illərdə tez-tez üz-üzə gəlirik. AEK klubu ilə, eləcə də Yunanıstan millisi ilə qarşılaşmışıq. Oyunlar həm bizim, həm də rəqibin meydanında baş tutub. Onlarla görüşün favoriti Azərbaycan millisi hesab edilir. Əgər fors-major hadisə baş verməzsə, biz hər iki matçda qələbə qazanmalıyıq.

Polşa seçməsinə gəlincə, son illərdə inkişafdadırlar. Son Avropa çempionatına vəsiqə qazanıblar. 4 il əvvəlki qitə birinciliyinin də iştirakçısı olublar. Niderlandda Rusiya - Polşa matçını izləmişdik".

"Araz Naxçıvan" komandasının üzvü UEFA Çempionlar Liqasındakı şanslarından da söz açıb: "Mostar" oyunları doğma meydanda, Bosniya və Herseqovinada keçirəcək. Bu, onlar üçün üstünlükdür. Komandanın bir neçə üzvü ölkəsinin millisində çıxış edir. Hansı ki, həmin yığma ilə son Avropa çempionatında üz-üzə gəlmiş, qələbə qazanmışdıq. Səhv etmirəmsə, “Mostar”la da görüşmüşük. Digər iki komanda D və F qrupunun qalibi olacaq. D qrupuna diqqət yetirsək, yeganə vəsiqə uğrunda Serbiya və İsveçrə çempionları mübarizə aparacaq. F qrupuna gəldikdə, Gürcüstan və Almaniya təmsilçilərinin mübarizəsi maraqlı olacaq. Gürcüstan futzalı da son illərdə inkişafdadır. “Georgians” klubunun heyətində vaxtilə bizim çempionatda iştirak etmiş futzalçılar da yer alıb. Almaniyada da bu idman oyunu sürətlə inkişaf edir. “Ştutqard” reytinq cədvəlində irəliləyib.

Təcrübəli oyunçu klubun qarşısına məqsəd qoyulduğunu sözlərinə əlavə edib: "Ötən il “Uraqan”a uduzmaqla mübarizəni dayandırdıq, amma bu dəfə fərqli nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik. Hazırda heyətin gücləndirilməsi istiqamətində işlər gedir. Verilən tapşırığı maksimum dərəcədə icra etməyə çalışacağıq. Çünki Çempionlar Liqasında daha yaxşı nəticə qazanmaq istəyirik".

Qeyd edək ki, "Araz-Naxçıvan" B yolunun 5-ci qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək. Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.

İlkin mərhələnin D qrupunda "Minerva" (İsveçrə), "Loznika Qrad" (Serbiya), "Vesteralen Futzal" (Norveç), "Folqare" (San Marino), F qrupunda isə "Georgians" (Gürcüstan), "Ştutqart" (Almaniya), "Orebro" (İsveç), "İstanbul Şişli" (Türkiyə) komandaları yer alıb.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
21:39

"Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim"

21:15

"Bu matçda daha yaxşı oynadıq" - Kurban Bedıyev

21:05

MPL: "Zirə" "Neftçi"ni yenir - YENİLƏNİR

20:53

"Everton"un gənc ulduzu komandasını dəyişir

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

Facebookdan bizi izləməyi unutmayın.
X