17:06 12.10.2022 496

"Yüz faiz hazır deyildik" - Millimizin üzvü

Dünya çempionatının əsas mərhələsi çərçivəsində səfərdə Yunanıstanı 7:0 hesabı ilə darmadağın edən futzal üzrə Azərbaycan millisinin heyətində Qallo dubl müəllifi olub. 

Fanat.Az braziliyalı forvardın federasiyanın rəsmi saytına müsahibəsini təqdim edir: 

- İki oyundan 6 xal toplamışıq. İşlər qaydasında gedir, deyə bilərikmi?
- Əslində, hazırlaşmaq üçün vaxtımız az oldu. Xüsusilə də fiziki planda 100 faiz hazır olduğumuzu deyə bilmərəm. Buna baxmayaraq, 2 oyun üçün qarşıya qoyulan məqsədə çatdıq. Hazırda 6 xal toplamışıq və qrupun liderik. Daha iki oyunumuz var və həmin görüşlərdə də üstün olmalıyıq.

- Polşa ilə oyun daha çətin keçdi. Buna səbəb bizim tam hazır olmamağımız oldu, yoxsa rəqibimiz güclənib?
- Məncə, tam hazır olmamağımız oyunu bizim üçün çətinləşdirdi. Polşa ilə matçdan 3-4 gün əvvəl toplanışa yığışdıq. Amma bu cür görüşlərə hazırlaşmaq üçün bir qədər erkən toplaşmaq lazımdır. Rəqibimiz isə sabit çıxışı ilə seçilir.

- Yunanıstanın qapısından 7 cavabsız top keçirdik. Artığını vurmaq mümkün idimi?
- Rəqibimiz düşünüldüyü qədər zəif komanda deyil. Onların da məqsədi var. Hesab oyuna görə oldu. Yaratdığımız qol epizodlarını demək olar, realizə etdik. Rəqibimizə hörmətlə yanaşmalıyıq. Belə etməsək, mütləq cəzalandırılacağıq.

- Məqsəd əsas mərhələni birinci pillədə başa vurmaqdır. Bacaracağıqmı?
- Potensialımız var, heyətimiz güclüdür. Amma hazırlığımızı da diqqətdə saxlamalıyıq. FİFA-nın oyun günlərindən maksimum istifadə etməli, toplanış keçirməliyik. Millidə fasilə uzunmüddətli olmamalıdır.

- Hazırda İndoneziya klubunda çıxış edirsən. İspaniyanı uzaq Asiya ölkəsinə dəyişməyin nə ilə bağlıdır?
- Əslində, həm “Levante”, həm də İspaniyanın digər klubu xidmətimdə maraqlı idi. Amma mən fərqli ölkədə, liqada çıxış etməyi, yeni mədəniyyətlə, adət-ənənə ilə tanış olmağı üstün tutdum. Əlbəttə, seçimimdə müqavilənin maliyyə şərtləri də vacib rol oynadı. Hazırkı klubumdan məmnunam. Ümid edirəm ki, mövsüm ərzində komandama faydalı olacam.

- Amma İspaniya liqası daha güclü, daha çox izlənir. Bunu nəzərə almaq olmazdımı?
- Razıyam, İspaniya çempionatı güclüdür. Ora maraq da böyükdür. Amma İndoneziya klubları da hər il legionerlələ güclənir, güclü futzalçılar dəvət edir. Bir neçə ilə bu ölkənin liqası güclülərdən olacaq.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
22:41

Mehin MirzəbalayevaFransada qızıl medal qazanıb

22:09

MPL: "Kəpəz" "Turan"ı yendi, "Zirə" 3 xalı bir qolla götürdü

21:39

"Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim"

21:15

"Bu matçda daha yaxşı oynadıq" - Kurban Bedıyev

20:53

"Everton"un gənc ulduzu komandasını dəyişir

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

Facebookdan bizi izləməyi unutmayın.
X