Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı bunu sosial şəbəkə hesabında açıqlayıb:
"Bu da son! Əziz doğma xalqım, artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq, himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub. Qazandığım qələbələr tək mənim yox, Azərbaycan xalqının qələbəsi olub. Mənə bu günə qədər dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, 33 yaşlı güləşçi 3 dəfə dünya, 4 dəfə isə Avropa çempionu tituluna yiyələnib. Əliyev Olimpiadanın gümüş və bürünc mükafatçısıdır