
Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha dörd üzvü xalça üzərinə çıxacaq.
43 kq
Vəfa Oruceva - Valiya Harsan (Rumıniya)
49 kq
Nəzrin Əhmədli - Mədinə Bayramova (Almaniya)
57 kq
Qaratel Quliyeva – Delia Gisler (İsveçrə)
65 kq
Rəna Nureyeva – Silvia Espinosa (Meksika)
Bundan başqa, günün ikinci yarısında ölkənin dörd "klassik"i medallar uğrunda mübarizə aparacaq. Əli Cavadlı (45 kq) finalda ABŞ-dən olan Raylen Vox ilə, Abdurrahman Huseynli (51 kq) isə özbəkistanlı Bunyod Həsənovla finalda güləşəcək.
Bundan başqa, Elmir Çərkəzov 60 kq-da bürünc medal uğrunda mübarizə aparacaq. 92 kq çəki dərəcəsində isə Zöhrab Səfərov Əmirəza Mehritalarpoştiyə qarşı (İran) təsəlli görüşünə çıxacaq.
Hazırda Azərbaycanın 3 (1 gümüş, 2 bürünc) medalı var: İsfahan Həsənov (80 kq) ikinci yeri, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal qazanıblar.
Dünya çempionatı avqustun 2-də başa çatacaq.