15:38 24.12.2021 1546

\'Dünya çempionatının finalına çıxmağımda onun rolu çox oldu\" - MÜSAHİBƏ

Bu il Rusiyanın Ufa şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatının gümüş, Kazanda təşkil olunan I MDB Oyunlarının isə qızıl medalını qazanan Əşrəf Aşırov  Fanat.Az-a müsahibə verib. Sərbəst güləş millimizin 79 kiloqram çəki dərəcəsindəki üzvü mundialdakı uğuru, son ölkə çempionatındakı çıxışı və hədəflərindən danışıb.

- Əşrəf, özünü yaxından tanıdarsan.
 - 2001-ci ilin yanvar ayında Qazaxda anadan olmuşam. Güləşə marağım əvvəllər bu idman növü ilə məşğul olan atamın sayəsində yaranıb. Atam 8 yaşım olanda məni öz müəlliminin yanına apardı. Artıq 12 ildən çoxdur ki, güləşdəyəm. 

- Güləş ictimaiyyətində əvvəllər də adından perspektivli idmançı kimi bəhs edilib. Lakin dünya çempionatlarında ilk nailiyyətin gənclərdə son ilinə təsadüf etdi. Əvvəllər uğur qazanmamağını nə ilə bağlayırsan?

- Məşqçilər həmişə deyirdi ki, sənin yeganə çatışmazlığın özünə inamının olmamasıdır. Cəbrayıl Həsənov bizə baş məşqçi gələndən sonra bu problemi də çözə bildik. Cəbrayıl müəllim əfsanəvi güləşçi olmaqla yanaşı, yaxşı məşqçi, əsası, güclü motivatordur. Dünya çempionatında finala çıxmağımda onun rolu çox oldu. 

- Hazırda çıxış etdiyin 79 kiloqram qeyri-Olimpiya çəkisidir. Boyunun hündürlüyünü də nəzərə alsaq, yəqin ki, qarşıdakı hədəfin 86 kiloqramda mübarizə aparmaqdır. 
- Bəli. 74-ə salmağım mümkün olmayacaq. Çünki ora çox çəki salırdım deyə, sonradan problemlərim yaranırdı. Həm də 74-də bizim Turan Bayramov kimi güləşçimiz var. Ancaq hələlik 79-da qalacağam. Ən azından qarşıdakı ili indiki çəkidə keçirmək istəyirəm. Hazırkı istəyim apreldə Budapeştdə böyüklərin Avropa çempionu olmaqdır. O biri ildən yəqin ki, artıq 86-da özümü sınayaram.

- 86 kiloqramda bizdə artıq neçə illərdir ki, böyüklər arasında ciddi uğur əldə edən yerli idmançı yoxdur. Adətən legionerləri görmüşük. Hədəf Olimpiadadırsa, daha tez keçməyin effektiv olmazmı?
- Qarşıdakı çıxışlarıma əsasən, buna məşqçilər qərar verəcək. Həm indi 86 kiloqramda Orxan Abbasov da var. 23 yaşlıların Avropa çempionatında üçüncü yerə çıxıb. Mən inanıram ki, yaxında böyüklərdə də sözünü deyəcək. Sözsüz ki, əsas niyyətim Paris Olimpiadasına qatılmaqdır. Qarşıda bunun üçün əlimdən gələni edəcəyəm.

- Son Azərbaycan çempionatında milliləşdirilmiş dağıstanlı Hacımurad Ömərova uduzdun. Halbuki həmin görüşdə şansların daha yüksək dəyərləndirilirdi. Qələbə üçün nə çatmadı?
- Açığı, zədəm yarışa istədiyim kimi hazırlaşmağıma əngəl oldu. Çempionatdan öncə yaxşı vəziyyətdə deyildim. Sadəcə, məşqçilər komandada yerimin olması üçün güləşməyimin vacib olduğunu bildirdilər. Buna baxmayaraq finala kimi yüksəldim. Həlledici qarşılaşmada da son saniyələrə kimi üstün idim. Sonda ani ehtiyatsızlıq "qızıl"ın əldən getməsinə səbəb oldu. İndiki halda nəticəmi qənaətbəxş saymaq olar.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 İyul 2026
16:22

"Qarabağ" və "Neftçi" arasındakı ilk oyun və vaxt olacaq?

16:04

"Kəpəz"ə lazım olmayan milli üzvü 1-ci Liqa komandasına qoşuldu

15:46

Azərbaycan kubokunda finalın vaxtı açıqlanıb

15:46

"İmişli" ilə yollarını ayıran Elmir özünə yeni iş yeri tapdı

15:28

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

15:19

"Karvan-Yevlax"la vidalaşan qapıçı bu kluba keçdi

15:01

"Zirə"dən ayrılan futbolçu Fransa klubuna transfer oldu

14:42

Elçin Məsiyev Çempionlar Liqasının oyununu idarə edəcək

14:24

"Real" İspaniyalı müdafiəçini transfer etmək istəyir

14:06

"Neftçi"dən 10 yaş böyük, SSRİ çempionu olmuş "Dinamo"

13:48

PSJ yarımmüdafiəçisi ilə müqavilə imzaladı

13:30

Ronaldu antirekorda imza atdı

13:12

"Qarabağ"ın rəqibini tanıyaq

12:54

Auqustonu İngiltərə nəhəngi istəyir

12:36

Millimiz yoldaşlıq görüşü keçirəcək

12:17

AÇ: Azərbaycan millisi İsveçrə ilə üz-üzə

11:54

"Zirə"nin Estoniya təmsilçisi ilə oyununu hansı kanalın yayımlayacağı bilindi

11:36

Kresponun yeni iş yeri bəlli oldu

11:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

DÇ-2026: Finalın hakimi bilindi

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:11

Atası Yamalı finalda dəstəkləməyəcək - "Mənim üçün çətindir"

09:48

Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

09:25

DÇ-2026: İspaniya ilə Argentina arasında final oyunu təhlükə altında - SON DURUM

09:00

"Qarabağ"la "Zirə"nin darmadağını Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

04:34

Azərbaycan klublarından tarixi nəticə - Məhsuldarlıq göz oxşayır

02:41

AL: "Qarabağ"ın rəqibi bilindi

02:19

KL: I təsnifat mərhələsi başa çatdı

01:49

AL: "Qarabağ" adını növbəti mərhələyə yazdırdı

00:39

Olise "Real Madrid"ə keçir, ya yox?

16 İyul 2026
23:47

Komandası məğlub oldu, Murad Məmmədov isə...

23:11

"Qarabağ"ın AL oyununun yayımlanıb-yayımlanmayacağına aydınlıq gəldi

22:46

Argentina millisi cəzalandırıla bilər

22:11

"Qalatasaray" gənc forvardına qovuşur

21:49

KL: "Zirə" darmadağınla növbəti mərhələdə

21:09

Toral Bayramovun oyununu canlı izləmək istəyənlər nə qədər ödəməlidir?

20:44

"Heyətdə bir neçə portuqaliyalı futbolçunun olması..." - "Şamaxı"nın yeni legioneri

20:01

"Qəbələ" neçə futbolçu transfer edəcək? - Açıqlama

19:34

“Neftçi” və “Sea Breeze” əməkdaşlığını davam etdirir

19:13

"Mingəçevir"in 1 futbolçusu qalıb - Nə baş məşqçi var, nə də hazırlıq planı

Facebookdan bizi izləməyi unutmayın.
X