15:38 24.12.2021 1579

'Dünya çempionatının finalına çıxmağımda onun rolu çox oldu" - MÜSAHİBƏ

Bu il Rusiyanın Ufa şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatının gümüş, Kazanda təşkil olunan I MDB Oyunlarının isə qızıl medalını qazanan Əşrəf Aşırov  Fanat.Az-a müsahibə verib. Sərbəst güləş millimizin 79 kiloqram çəki dərəcəsindəki üzvü mundialdakı uğuru, son ölkə çempionatındakı çıxışı və hədəflərindən danışıb.

- Əşrəf, özünü yaxından tanıdarsan.
 - 2001-ci ilin yanvar ayında Qazaxda anadan olmuşam. Güləşə marağım əvvəllər bu idman növü ilə məşğul olan atamın sayəsində yaranıb. Atam 8 yaşım olanda məni öz müəlliminin yanına apardı. Artıq 12 ildən çoxdur ki, güləşdəyəm. 

- Güləş ictimaiyyətində əvvəllər də adından perspektivli idmançı kimi bəhs edilib. Lakin dünya çempionatlarında ilk nailiyyətin gənclərdə son ilinə təsadüf etdi. Əvvəllər uğur qazanmamağını nə ilə bağlayırsan?

- Məşqçilər həmişə deyirdi ki, sənin yeganə çatışmazlığın özünə inamının olmamasıdır. Cəbrayıl Həsənov bizə baş məşqçi gələndən sonra bu problemi də çözə bildik. Cəbrayıl müəllim əfsanəvi güləşçi olmaqla yanaşı, yaxşı məşqçi, əsası, güclü motivatordur. Dünya çempionatında finala çıxmağımda onun rolu çox oldu. 

- Hazırda çıxış etdiyin 79 kiloqram qeyri-Olimpiya çəkisidir. Boyunun hündürlüyünü də nəzərə alsaq, yəqin ki, qarşıdakı hədəfin 86 kiloqramda mübarizə aparmaqdır. 
- Bəli. 74-ə salmağım mümkün olmayacaq. Çünki ora çox çəki salırdım deyə, sonradan problemlərim yaranırdı. Həm də 74-də bizim Turan Bayramov kimi güləşçimiz var. Ancaq hələlik 79-da qalacağam. Ən azından qarşıdakı ili indiki çəkidə keçirmək istəyirəm. Hazırkı istəyim apreldə Budapeştdə böyüklərin Avropa çempionu olmaqdır. O biri ildən yəqin ki, artıq 86-da özümü sınayaram.

- 86 kiloqramda bizdə artıq neçə illərdir ki, böyüklər arasında ciddi uğur əldə edən yerli idmançı yoxdur. Adətən legionerləri görmüşük. Hədəf Olimpiadadırsa, daha tez keçməyin effektiv olmazmı?
- Qarşıdakı çıxışlarıma əsasən, buna məşqçilər qərar verəcək. Həm indi 86 kiloqramda Orxan Abbasov da var. 23 yaşlıların Avropa çempionatında üçüncü yerə çıxıb. Mən inanıram ki, yaxında böyüklərdə də sözünü deyəcək. Sözsüz ki, əsas niyyətim Paris Olimpiadasına qatılmaqdır. Qarşıda bunun üçün əlimdən gələni edəcəyəm.

- Son Azərbaycan çempionatında milliləşdirilmiş dağıstanlı Hacımurad Ömərova uduzdun. Halbuki həmin görüşdə şansların daha yüksək dəyərləndirilirdi. Qələbə üçün nə çatmadı?
- Açığı, zədəm yarışa istədiyim kimi hazırlaşmağıma əngəl oldu. Çempionatdan öncə yaxşı vəziyyətdə deyildim. Sadəcə, məşqçilər komandada yerimin olması üçün güləşməyimin vacib olduğunu bildirdilər. Buna baxmayaraq finala kimi yüksəldim. Həlledici qarşılaşmada da son saniyələrə kimi üstün idim. Sonda ani ehtiyatsızlıq "qızıl"ın əldən getməsinə səbəb oldu. İndiki halda nəticəmi qənaətbəxş saymaq olar.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 Avqust 2026
20:12

Qismət Novruzov federasiyadan narazıdır

19:50

Argentina millisində Messi dövrü başa çatdı

19:15

MPL: "Qarabağ" "Sumqayıt"la qarşılaşır - YENİLƏNİR

19:14

"Sabah" rumınların transfer arzusunu ürəyində qoydu

18:33

Tarixi rekord: Cekpot ilk dəfə 2 000 000 manatı keçdi

18:16

Uotkins "Əl-Hilal"ın şərəfini qoruyacaq

17:52

"Mançester Siti" 22 yaşlı vingeri heyətinə qatdı - RƏSMİ

17:34

"Xankəndi"nin həkimi getdi

17:16

"Liverpul" 18 yaşlı qapıçı üçün 35 milyon avro ödəyəcək

16:57

"Araz-Naxçıvan"ın vingeri "Şirvan"da!

16:20

Elhad Nəziri: "Gec yığışdığımız üçün futbolçu seçimində çətinliklərimiz oldu"

16:02

"Mingəçevir"dən daha 5 transfer - ADLAR

15:44

Azərbaycan Basketbol Federasiyası məşqçilik seminarı və imtahanları keçirəcək

15:19

İkinci Liqa təmsilçisi yeni qapıçı transfer etdi

15:01

"Zirə"nin qapıçısı digər Azərbaycan klubu ilə müqavilə bağladı

14:43

"Xankəndi"dən ayrılan vinger "işıqçılar"a qoşuldu

14:27

Millinin baş məşqçisi "Sabahın Ulduzları"nı izlədi

14:11

"Roma" yeni müdafiəçi ilə anlaşdı

13:53

Qurban Qurbanov Sumqayıtda 3 futbolçunu oynada bilməyəcək

13:35

"Qəbələ" Kaxaber Tsxadadze ilə yollarını ayırdı - RƏSMİ

13:17

Seneqallı yarımmüdafiəçi İngiltərəni İtaliyaya dəyişdi

13:01

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:44

Mövsümün azarkeş rekordu qeydə alındı

12:29

Rəşad Sadıqov 200-ə çatdı

12:15

"Qarabağ" Dani Boltla yollarını ayırdı

12:07

"Qalatasaray" Yusufla razılaşdı

11:48

"Sumqayıt" "Qarabağ"la oyuna 3 itki ilə çıxacaq - ADLAR

11:29

Komandası qələbə qazandı, Ramil Şeydayev isə...

11:10

Mirbağır İsayevin yeni iş yeri bilindi

10:51

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:30

"Barselona" Qabriel Jezusu alır

10:09

Arçi Braun "Beşiktaş"la matçdan öncə: "Ümid edirəm hazırdırlar"

09:48

"Sabahın ulduzları": U-15-lərin yarışında tura darmadağınlarla yekun vuruldu

09:25

Deniz Gül "Qalatasaray"a gəlir - SON DURUM

09:00

MPL: "Sabah" Qəbələ səfərində, "Qarabağ" "Sumqayıt"la qarşılaşır

02:21

"Qalatasaray" "Barselona"nın ulduzunu gətirir

01:59

Premyer Liqa: "Çelsi"dən çətin qələbə

01:49

Bundesliqa: "Auqsburq" 3 xalı 3 qolla qazandı

01:37

La Liqa: "Real Madrid" darmadağına sevindi

01:16

Liqa 1: "Monako" inamlı qələbəyə sevindi

Facebookdan bizi izləməyi unutmayın.
X