Bolqarıstanda kişilərdən ibarət milli komandaların iştirakı ilə inkişaf etməkdə olan ölkələr arasında həndbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, çempionatın son günündə Azərbaycan yığması Malta yığması ilə 11-ci yer uğrunda görüş keçirəcək.
Xatırladaq ki, milli daha əvvəl Bolqarıstan (19:30), Nigeriya (17:35) və Qvatemala (20:28) komandalarına uduzub.