
Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.
Fanat.Az xəbər verir ki, məlumatı AHF-nin mətbuat xidməti yayıb.
Əsgərov Avropa Kubokunun II təsnifat mərhələsində kişi həndbolçulardan ibarət Yunanıstanın PAOK və İsrailin "Holon Yuvalim" klubları arasında keçiriləcək hər iki qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Oyunlar oktyabrın 18-i və 19-da Yunanıstanın Veriya şəhərindəki "Filippio" İdman Kompleksində keçiriləcək.