Həndbol üzrə Rusiyanın gənclərdən ibarət milli komandasının 8 idmançısı Avropa Çempionatında oyunları qəsdən uduzmaqda şübhəli bilinib.
Fanat.Az "SportEkspress"ə istinadən xəbər verir ki, həndbolçular poliqrafdan (yalan detektoru) keçərkən oyunlarda qəsdən məğlub olduqlarını etiraf ediblər
Danışılmış Oyunlara Nəzarət Komissiyanın yekun qərarı çıxana qədər komandanın yarısı yarışdan kənarlaşdırılıb. İdmançıları 7 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, araşdırmanı Rusiyanın Həndbol Federasiyası özü aparıb və mətbuata bu barədə açıqlama verib.
Xatırladaq ki, komanda turnir zamanı Avstriyaya 19:36, Fransaya 17:36, Danimarkaya 26:38 hesabı ilə məğlub məğlub olub.
Emin Şəmsiyev