Həndbol üzrə təcrübəli hakim-inspektor İsgəndər Əsgərov növbəti beynəlxalq oyuna təyinat alıb.
Azərbaycan Həndbol Federasiyasından Fanat.Az-a verilən məlumata görə, o, kişi həndbolçuların EHF Avropa kubokunun üçüncü mərhələsi çərçivəsində keçiriləcək “HC Viktor” – “Byanko Monte Drama” görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Rusiya və Yunanıstan təmsilçilərinin görüşü dekabrın 4-də Stavropolda təşkil ediləcək.