
Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu Azərbaycan millisi yoldaşlıq görüşü keçirib.
Fanat.Az xəbər verir ki, Gürcüstan yığması ilə qarşılaşan təmsilçimiz Orxan Məmmədov (3), Elşad Manafov (2) və Sahib Məmmədovun vurduğu qollarla rəqibini 6:0 hesabı ilə yenib.
Komandalar arasında növbəti oyun iyulun 10-da baş tutacaq.
Qeyd edək ki, bu qarşılaşmalar iyulun 15-19-da keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.